“Azərsun Holdinq”dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti
(®) “Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq növbəti illik təqvimini çap etdirib. 2026-cı il üçün hazırlanan bu təqvim son illərdə futbol sahəsində qızıl dövrünü yaşayan “Qarabağ” futbol klubuna həsr olunub.
“Qarabağnamə” adı ilə nəşr edilən təqvimdə ilin hər ayı fərqli mövzu və məzmunla təqdim olunur. “Qarabağın İmarəti” başlığı ilə başlayan təqvimdə klubun formalaşma mərhələləri əks etdirilir, Allahverdi Bağırovun baş məşqçi kimi fəaliyyəti, 2001-ci ildə “Azərsun Holdinq”in “Qarabağ”ı himayəsinə götürməsi oxucuya çatdırılır. Təqvimdə həmçinin holdinqin ədəbi qurucusu mərhum Abdolbari Gozalın klubun fəxri prezidenti olması, “Qarabağ”ın əfsanəvi futbolçuları, eləcə də komandanın ölkə daxilində və beynəlxalq arenada qazandığı tarixi qələbələrdən bəhs olunur.
“Qarabağın ustadı” bölməsində baş məşqçi Qurban Qurbanovun klub tarixində yaratdığı dönüş nöqtəsi və “Qarabağ”a qazandırdığı dəyərlər xüsusi vurğulanır. Təqvim “Qarabağın Fatehi” başlığı ilə yekunlaşır. Bu hissədə ölkə başçısı İlham Əliyevin klubun fəaliyyətinə daim göstərdiyi diqqət və qayğı, eləcə də “Qarabağ”ın uğurlarının Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında oynadığı mühüm rol qeyd olunur.
Qeyd edək ki, 2026-cı il həm də “Qarabağ” futbol klubunun “Azərsun Holdinq”in himayəsinə keçməsinin 25 illiyi ilə əlamətdardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 30 d. əvvəl
-
-
31 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
42 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb




.jpg)








.jpg)






