"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
Prezident Donald Tramp razılaşmaya nail olarsa, ABŞ Qrenlandiyanı satın almaq üçün 700 milyard dollar ödəyə bilər.
“NBC” telekanalının yaydığı məlumata görə, Qrenlandiyanın satın alınmasını qiymətləndirmək üçün alim mütəxəssislər və sabiq məmurlar cəlb olunub. Onların fikrincə, ABŞ Arktikadakı əsas rəqiblərinə qarşı strateji bufer yaratmaq üçün adanı hökmən almalıdır.
Tramp Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin vacibliyini dəfələrlə qeyd edib. Birinci prezidentliyi zamanı o, Qrenlandiyanı pulla almağı təklif edib, 2025-ci ilin martında isə adanın ilhaq edilə biləcəyinə əminliyini dilə gətirib. Onun fikrincə, ABŞ bunu etmədiyi təqdirdə, ada Rusiya və ya Çinin əlinə keçə bilər.
Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller isə öz növbəsində Danimarkanın Qrenlandiyaya nəzarət hüququnu şübhə altına alıb və onun ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu bildirib.
Xatırladaq ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiyanın müdafiəsinə dair müqavilə imzalayıblar. Həmin müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən qorumağı öhdəsinə götürüb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















