970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) təqdim etdiyi peyk rabitə xidmətləri çərçivəsində "Starlink" texnologiyası bəzi hallarda əlavə və ehtiyat rabitə həlli kimi nəzərdən keçirilir.

Bu barədə "Azərkosmos"dan bildirilib.

Qeyd olunub ki, xüsusilə dənizçilik (maritime) layihələrində müştərilərə əsas peyk xidmətləri ilə yanaşı alternativ rabitə vasitəsi kimi təklif olunması rabitənin davamlılığının təmin edilməsinə töhfə verir.

Bu yanaşma müxtəlif texnoloji həllərin bir-birini tamamlaması prinsipi əsasında müştərilərə daha etibarlı və fasiləsiz rabitə imkanlarının təqdim edilməsinə xidmət edir.

Qeyd edilib ki, "Starlink" aşağı orbitli peyk qruplaşması üzərindən internetə çıxış imkanı yaradan yeni nəsil rabitə texnologiyalarından biridir. Bu həll xüsusilə yerüstü infrastrukturun məhdud olduğu və ya mövcud olmadığı bölgələrdə internetə çıxışın təmin edilməsi baxımından alternativ imkanlar təqdim edir.

Xidmətin əsas üstünlükləri sırasında qlobal əhatə dairəsi, nisbətən yüksək sürət və aşağı gecikmə göstəriciləri yer alır. Bu xüsusiyyətlər real vaxt rejimində rabitə tələb edən tətbiqlər üçün əlavə imkanlar yaradır. Eyni zamanda, sistemin daşınabilən olması müvəqqəti və səyyar fəaliyyətlər zamanı internetə operativ çıxışı mümkün edir.

Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. İyun ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Starlink Azerbaijan” MMC-ni rəsmi olaraq uçota alıb.

İş elanları AzVak.az-da

© APA

Azərkosmos peyk rabitəsi Starlink Azərbaycanda Starlink peyk texnologiyası əlavə və ehtiyat rabitə dənizçilik layihələrində rabitə alternativ peyk həlləri davamlı rabitə təminatı aşağı orbitli peyklər internetə çıxış alternativləri qlobal peyk əhatəsi yüksək sürətli internet aşağı gecikmə göstəriciləri real vaxt rabitəsi səyyar və müvəqqəti internet çıxışı Starlink xidmətləri Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Starlink Azerbaijan MMC peyk rabitəsi texnologiyaları rabitə infrastrukturunun məhdud olduğu bölgələr müştəriyə etibarlı rabitə imkanları
13.01.2026 12:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18