NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
NATO gələn il üçün mülki büdcəsinin 528 milyon 200 min avro, hərbi büdcəsinin isə 2 milyard 420 milyon avro olacağını və ümumi büdcənin 2 milyard 948 milyon 200 min avroya çatacağını açıqlayıb.2026-cı ildə NATO-nun mülki büdcəsi 528 milyon 200 min avroya, hərbi büdcəsi isə 2 milyard 420 milyon avroya yüksəldiləcək.
Bu barədə Marja.az NATO tərəfindən yayımlanan yazılı açıqlamaya istinadən xəbər verir.
Açıqlamada ümumi büdcənin 2 milyard 948 milyon 200 min avro olaraq müəyyən edildiyi qeyd edilərək, “Daha konkret desək, 2026-cı il Hərbi Büdcəsi NATO-nun hərbi uyğunlaşmasına, müttəfiqlər arasında qarşılıqlı işləkliyə, böhranların qarşısının alınmasına və idarə edilməsinə, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyə töhfə verəcək” ifadəsi yer alıb.
Mülki büdcənin müttəfiqlər arasında məsləhətləşmə və qərar qəbuletmə proseslərini, həmçinin NATO Qərargahının fəaliyyətini dəstəkləməyə davam edəcəyi vurğulanıb.
Qeyd edilib ki, mülki büdcə mülki heyətin xərclərini, əməliyyat xərclərini və mülki proqramlara ayrılan vəsaiti maliyyələşdirir, hərbi büdcə isə NATO qərargahları ilə yanaşı, dünya üzrə proqramların, missiyaların və əməliyyatların fəaliyyət xərclərini qarşılayır.
Üzv ölkələrin bu büdcələrə öz ümumi daxili məhsullarına (ÜDM) əsaslanan xərc bölgüsü formulu üzrə töhfə verdiyi qeyd edilib. NATO son sammitdə qəbul edilən qərarla üzv ölkələrdən müdafiə xərclərinin ÜDM-ə nisbətinin ən azı 5 faiz olmasını tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























