Qızılın bahalaşması yenidən sürətlənib
ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq artımı zəifləyərsə, dolların daha da ucuzlaşacağı qızılın qiymətinin 4380–4440 dollar aralığına yüksələcəyi proqnozlaşdırılır.Bazar ertəsi günü dolların beynəlxalq bazarlarda zəifləməsi (ucuzlaşması) və ABŞ Xəzinə istiqrazlarının gəlirliliyinin azalması fonunda qızılın qiyməti yüksəlməkdə davam etdirib.
Marja xəbər verir ki, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) gələcək monetar siyasətinə dair siqnallar almaq üçün vacib əhəmiyyət daşıyan ABŞ məşğulluq göstəricilərinə fokuslanarkən, gümüş ötən həftə qeydə alınan rekord seriyadan sonra nisbətən sabitləşib.
Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızıl 0,7 faiz də bahalaşaraq unsiyası 4328 ABŞ dollarına yüksəlib. Külçə qızıl ilin əvvəlindən bu yana təxminən 64 faiz dəyər qazanıb. ABŞ qızıl fyuçersləri isə 0,6 faiz artımla unsiyası 4354 dollar səviyyəsinə çatıb.
Dollar indeksi ötən həftə müşahidə olunan son iki ayın minimumuna yaxın səviyyədə qalır ki, bu da qızılı xarici alıcılar üçün daha cəlbedici edir. Eyni zamanda, 10 illik ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi də bir qədər geriləyib.
OANDA-nın baş bazar analitiki Kelvin Vonq (Kelvin Wong) bildirib:
"Qızılın ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq göstəriciləri açıqlanana qədər güclü tendensiyasını qoruması ehtimal olunur. Əmək bazarında zəifləməyə dair əlamətlər dolların daha da ucuzlaşmasına səbəb ola bilər və 4243 dollarlıq dəstək zonasından sonra baş verən güclü bərpadan sonra qiymətlərin 4380–4440 dollar aralığına yönəlməsinə səbəb ola bilər".
Bazarlar FED-in ötən həftə nadir rast gəlinən parçalanmış qərarla faiz dərəcəsini 25 baza bəndi azaltmasından sonra qurumun siyasət perspektivinə diqqət yetirir. FED inflyasiyanın hələ də davamlı qalması və əmək bazarı ilə bağlı qeyri-müəyyənliklər səbəbindən faiz endirimlərinə fasilə verilə biləcəyinə işarə edib. Qərara qarşı çıxan iki FED rəsmisi inflyasiyanın daha yumşaq monetar siyasəti əsaslandıracaq səviyyədə azalmadığını bildirib. İnvestorlar hazırda gələn il iki faiz endirimi gözləntilərini qiymətlərə daxil ediblər və bu həftə açıqlanacaq ABŞ məşğulluq hesabatı bu gözləntilər üçün mühüm sınaq hesab olunur.
Gümüşün qiyməti 0,8 faiz artaraq unsiyası 62,48 dollara yüksəlib. Gümüş cümə günü 64,65 dollarla tarixi rekord səviyyəni gördükdən sonra enişlə ticarəti başa vurmuşdu. Gümüş azalan ehtiyatlar, güclü sənaye tələbi və ABŞ-ın vacib minerallar siyahısına daxil edilməsi fonunda ilin əvvəlindən bu yana 115 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























