İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
Heyvandarlıq sığortası üzrə ödənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşərat sancması və sair hallara görə ödənilib.Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüftalarını çoxsaylı risklərdən sığorta edir. Dövlət dəstəyi ilə təqdim olunan bu mexanizmdən faydalanan sahələrdən biri də heyvandarlıq təsərrüfatlarıdır.
Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə iribuynuzlu südlük və ətlik mal-qaranı və xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən sığorta edir. Bura təbii fəlakət hadisələri, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşarat sancması, yanğın, vəhşi heyvanların hücumu, avtomobillə vurulmama, daşınma zamanı qəza, oğurluq-quldurluq halları və sair aiddir.
Sadalanan hadisələr nəticəsində tələf olan və ya məcburi kəsimə göndərilən heyvanlara görə, fermerlərə ödənişlər edilir. Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq üzrə ilk sığorta ödənişi Göygöl rayonunda yerləşən təsərrüfatda edilib.
Bugünədək Aqrar Sıgorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar olaraq fermerlərə ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.
Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.
Təhlillər göstərir ki, heyvandarlıq sığortası üzrə ödənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşərat sancması və sair hallara görə ödənilib.
Dövlətin 50%-lik sığorta haqqı dəstəyi sayəsində fermerlər öz heyvanlarını sığorta haqqının yarısını ödəməklə sığotalaya bilərlər. Hazırda iribuynuzlu heyvanların sığortası üzrə tariflər seçilmiş sığorta zərfindən asılı olaraq 4,89%-7,80%, xırdabuynuzlu heyvanlar üzrə tariflər isə 4,60-7,37% arasındadır.
Nəticədə, məsələn, qiyməti 1000 manat olan inəyi sığorta etmək fermerə cəmi 24-39 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7-11 manata başa gəlir.
Hadisə baş verdikdə 10% azad olma tətbiq edilməklə fermerə aqrar sığorta ödənişi edilir. Qanunvericiliyə əsasən yalnız, rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvanlar sığortalana bilər. Fermerlər heyvandarlıq təsərrüfatlarını sığotalamaq üçün Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)








.jpg)



