Gümüş, mis və litium ehtiyatlarına malik olan Argentina “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.
Görüş zamanı Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında məlumat verib.
İdarə Heyətinin sədri qeyd edib ki, Səhmdar Cəmiyyətinin idarəetməsinə verilmiş qızıl mədəni layihələrinin icrası üzrə dövlət büdcəsindən asılılıq tam olaraq aradan qaldırılıb.
Onun sözlərinə görə yeni əlvan və qara metal yataqlarının istismarına hazırlıq işləri uğurla davam etdirilir.
İxrac gəlirliliyinə görə “AzerGold” QSC qeyri-neft və qaz sektorunda mövqeyini daha da möhkəmləndirərək ölkənin iqtisadi fəaliyyətinin şaxələndirilməsinə əhəmiyyətli töhfə verməkdədir.
Sədr bildirib ki, mineral resurslarla zəngin olan bir sıra ölkələrlə, xüsusən Latın Amerikasının iqtisadi potensialı yüksək olan Argentinada əməkdaşlıq perspektivləri Cəmiyyətin maraq dairəsindədir. Bu istiqamətdə aparılan analizlər və mümkün tərəfdaşlıq modelləri gələcəkdə yeni layihələrin reallaşdırılmasına şərait yarada bilər.
Argentinanın gümüş, mis və litium kimi geniş filiz ehtiyatlarına malik olduğunu diqqətə çatdıran Marianxeles Belluşi, ölkəsində mövcud yataqların öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Səfir iki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi dağ-mədən sektorunda müştərək fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini vurğulayaraq, həm geoloji kəşfiyyat, həm də mədənlərin istismarı sahəsində böyük təcrübəyə malik olan “AzerGold” QSC ilə tərəfdaşlığın hər iki tərəf üçün qarşılıqlı fayda yaradacağını qeyd edib.
Sonda tərəflər mədənçilik sahəsinin müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb. İki ölkə arasında gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından görüşün olduqca faydalı olduğu diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)










.jpg)



