Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
“McDonald's Azərbaycan” şirkəti ölkədəki 34-cü restoranını açıb və bu, Xırdalanda açılan ilk restoranıdır.
Yeni restoran Xırdalan şəhəri, Abşeron rayonu, Qalubiyə küçəsində yerləşir.
Açılışda “McDonald's Azərbaycan” şirkətinin Müşahidə şurasının sədri Fərid Əlizadə, şirkətin baş direktoru Oskar Boqopolskiy və iş adamı Famil Səfərov iştirak ediblər.
Restoran “MakAvto” zonası olan ayrıca bir binada yerləşir ki, bu da qonaqlara sifarişlərini daha sürətli və rahat şəkildə almağa imkan verir. İnteryer “A Touch of Archery” konsepsiyasında işlənib hazırlanıb. Burada zərif xətlərin və dinamik çalarların ahəngi yüngül və rahat atmosfer yaradır.
Restoran iki mərtəbədən ibarətdir: birinci mərtəbədə 82 oturacaq yeri, ikinci mərtəbədə 118 oturacaq yeri, həmçinin uşaq tədbirlərinin keçirilməsi üçün 16 nəfərlik rahat otaq vardır. Balaca qonaqlar üçün müasir oyun zonası nəzərdə tutulub, ikinci mərtəbədə isə daha 66 qonağın yerləşə biləcəyi terras yerləşir.
“McDonald's Azərbaycan”ın bütün restoranlarında olduğu kimi, burada da interaktiv özünəxidmət köşklərini, sifarişlərin birbaşa masaya çatdırılması xidmətini, həmçinin geniş çeşiddə qəhvə içkiləri və desertlər təklif edən “McCafé” kafesini əhatə edən EOTF (Experience of the Future) formatı tətbiq edilib. Qonaqlar günə “McDonald's”da səhər yeməyi ilə başlaya, “McDelivery” xidmətindən yararlana və ya sifarişlərini “MakAvto” vasitəsilə tez bir zamanda ala bilərlər.
Yeni restoranın açılışı ilə 105 yeni iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan” ölkə üzrə 3000-dən çox Azərbaycan vətəndaşını işlə təmin edir.
Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildən çoxdur ki, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir və yerli istehsalın həcminin genişlənməsinə dəstək olur.
“McDonald’s Azərbaycan”ın iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən çox yerli podratçı ilə dayanıqlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu sahələrə təchizat və logistika, insan resursları, informasiya texnologiyaları, marketinq və digər xidmətlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)
