Türkiyə turizmdə rekord gəlir əldə edib
Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, ölkə turizmində üçüncü rübdə 24,2 milyard dollarlıq rüblük rekord gəlir qeydə alınıb.
Marja xəbər verir ki, ölkənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib:
“İlkin doqquz aylıq nəticələr ötən il 47,3 milyard dollar idi. Bu il 50 milyard dollarlıq rəqəmə çatdıq. Doqquz aylıq dövr üzrə 50 milyard dollarla, Türkiyə turizmdə rekord gəlir əldə etmişdir. İl sonu üçün 64 milyard dollarlıq hədəfimizə çatacağıq,” – deyə o qeyd edib.
TÜİK-in məlumatına əsasən, iyul, avqust və sentyabr aylarını əhatə edən üçüncü rübdə turizm gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% artaraq 24 milyard 257 milyon 815 min dollar təşkil edib. Turistlərdən əldə edilən gəlir 24 milyard 46 milyon 779 min dollar, transfer səfərləri vasitəsilə əldə edilən gəlir isə 211 milyon 37 min dollar olub.
“50 milyon turistə çatdıq”
Nazir Mehmet Nuri Ersoy turizm göstəricilərini təqdim etdiyi tədbirdə deyib:
“2024-cü ildə İtaliyanı geridə qoyaraq turizm liqasında dördüncü yerə yüksəldik. İndi isə 2025-ci ilin ilk doqquz ayının göstəricilərini və qiymətləndirmələrimizi paylaşmaq istəyirəm. Əgər turist saylından başlasaq, 2017-ci ili 30 milyon 518 min ziyarətçi ilə bağlamışdıq. Ötən il bu rəqəm 49 milyon 181 minə yüksəldi. Bu ilin ilk doqquz ayının son məlumatına görə isə 49 milyon 993 min turistə çatdıq. Yəni ötən illə müqayisədə 1,6%-lik artım əldə etmişik.”
“İl sonu hədəfi reallaşacaq”
Nazir əlavə edib:
“2017-ci ildə adambaşına gecəlik xərcləmə 83 dollar idi. 2024-cü ildə bu rəqəmi 107 dollara qaldırmışdıq. 2025-ci ilin ilk doqquz ayında isə 116 dollara yüksəldiyini görürük. Bu da 9%-lik artım deməkdir. Keçən il ilk doqquz ayında 47,3 milyard dollar gəlir əldə etmişdik, bu il isə 50 milyard dollara çatdıq. Bu da 5,7%-lik artıma bərabərdir. İlk doqquz aylıq dövr ərzində Türkiyə 50 milyard dollarlıq gəlirlə turizmdə rekord əldə edib.
Ooktyabr ayı üzrə ilkin göstəricilər də olduqca müsbətdir. Dəqiq məlumatlar noyabrın sonunda açıqlanacaq. İlkin nəticələrə əsasən, oktyabr göstəriciləri də yaxşı olub və müsbət tendensiyalar özünü göstərməyə başlayıb. İl sonu üçün 64 milyard dollarlıq hədəfimizə çatacağımıza inanırıq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)
