Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Yeni razılaşmaya əsasən Microsoft-un OpenAI-dəki payı 27 faizə yüksələcək, investisiyanın ümumi məbləği isə 135 milyard dollara çatacaq. OpenAI, əlavə olaraq Microsoft-dan 250 milyard dollarlıq Azure xidmətləri almağı öhdəsinə götürüb.2019-cu ildən davam edən strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur və bu çərçivədə yeni saziş imzalanıb.
Marja xəbər verir ki, bu, Microsoft ilə OpenAI-nin birgə açıqlamasında bildirilib.
Açıqlamaya görə, Microsoft OpenAI-in ictimai maraqlara xidmət edən şirkət quruluşunu və yenidən kapitallaşdırma planını dəstəkləyir.
Yenidən təşkilatlanmadan sonra Microsoft-un təxminən 135 milyard dollarlıq investisiya ilə OpenAI-də 27 faizlik paya sahib olacağı qeyd olunub. Bu göstərici işçilər, investorlar və OpenAI Fondunun paylarını da əhatə edir.
Açıqlamada həmçinin vurğulanıb ki, OpenAI bundan sonra da Microsoft-un əsas süni intellekt tərəfdaşı olaraq qalacaq və Microsoft OpenAI-in məhsulları və modelləri üzərindəki əqli mülkiyyət hüquqlarını 2032-ci ilə qədər əlində saxlayacaq.
Bundan əlavə, OpenAI-nin Microsoft-dan 250 milyard dollarlıq əlavə Azure xidmətləri almağı öhdəsinə götürdüyü qeyd olunub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















