“Bank Ombudsmanı” və “Yapı Kredi Bank” əməkdaşlıq edəcək
Sentyabrın 18-də “Bank Ombudsmanı”(BO) ilə “Yapı Kredi Bank” QSC arasında əməkdaşlıq haqqında görüş keçirilib.
Banklar Assosiasiyasından "Marja"ya daxil olmuş məlumata görə, görüşdə “Yapı Kredi Bank”ın İdarə Heyətinin üzvü Şəhla Səmədova, Hüquq Departamentinin direktoru Teymuraz Əmirov, Uyğunluq və Daxili Nəzarət şöbəsinin müdiri Ramil Məmmədov, eləcə də Bank Ombudsmanı İkram Kərimov, Ombudsmanın Məsul katibi Elçin Həsənov və ABA-nın “Hüquqi Məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev iştirak edib.
Görüş zamanı Ombudsmanın Əsasnaməsi və Reqlamenti ilə bağlı bəzi təkliflər, Bank Ombudsmanının hansı işlərə baxması, Bank Ombudsmanının verdiyi qərarların tərəflər üçün hansı hüquqi nəticə yaradacağı, eyni zamanda Bank Ombudsmanı ilə “Yapı Kredi Bank” arasında olacaq əməkdaşlığın detalları müzakirə olunub.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 23 bank üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






