"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Treva Real Estate şirkəti Azərbaycanda daşınmaz əmlak bazarının inkişafına dəstək məqsədilə ölkədə ilk dəfə daşınmaz əmlak brokerlərinə həsr olunmuş ixtisaslaşdırılmış tədbiri uğurla həyata keçirdi.
Tədbir zamanı sektorun mövcud vəziyyəti, bazarda yeni trendlər və innovativ yanaşmalar müzakirə olundu, həmçinin peşəkar brokerlər arasında təcrübə mübadiləsi və fikir paylaşımı üçün geniş imkan yaradıldı.
Proqram çərçivəsində daşınmaz əmlak sahəsində fəaliyyət göstərən yerli ekspertlərin və şirkət nümayəndələrinin çıxışları, təqdimatlar müzakirələr keçirildi. Müzakirələrdə bazarın inkişaf perspektivləri, rəqəmsallaşma prosesləri və satışda effektiv idarəetmə yanaşmaları kimi mövzular diqqət mərkəzində oldu.
Tədbir həmçinin brokerlər, developer-lər və investorlar arasında əməkdaşlıq və şəbəkələşməni gücləndirmək baxımından əhəmiyyətli platforma rolunu oynadı.
“Bu tədbirlə biz Azərbaycanın daşınmaz əmlak sektorunda peşəkar broker icmasının inkişafına və müasir satış yanaşmalarının tətbiqinə dəstək verməyi qarşımıza məqsəd qoymuşduq. TREVA olaraq bazarda şəffaf, effektiv və dayanıqlı əməkdaşlıq modelinin formalaşmasına töhfə verməkdən məmnunuq,” — deyə Treva Real Estate rəhbərliyi bildirib.
Treva Real Estate — 2025-ci ildən ölkə bazarında fəaliyyət göstərən, müasir yanaşmaları ilə seçilən daşınmaz əmlak şirkətidir. Şirkət satış və marketinq dəstəyi, broker şəbəkəsinin inkişafı, CRM və rəqəmsal idarəetmə alətləri, eləcə də daşınmaz əmlak üzrə investisiya və məsləhət xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















