Pullar geri qayıdır!
Expressbank müştəriləri daha şanslıdır. Çünki, “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində, “Expressbank”ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“cashback”).
Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
“ExpressClub” layihəsinin xüsusi üstünlüyü - onun nəinki “ExpressClub” tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cashback” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. “ExpressClub” şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.
Bütün bu fürsətlərdən yararlanmaq üçün, sadəcə, “Expressbank”ın istənilən kartına sahib olmaq kifayətdir!
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. “Expressbank”ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür.
“ExpressClub” tərəfdaş şəbəkəsi və “cashback” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/expressclubaz) daxil ola bilərlər.
“Expressbank”ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




