Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın texnologiya şirkəti - yarımkeçirici çip istehsalçısı Intel şirkəti iyul-sentyabr dövrünə dair maliyyə hesabatını açıqlayıb.
Şirkətin məlumatına görə, 2025-ci ilin üçüncü rübündə gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 13,7 milyard ABŞ dollarına yüksəlib. Ötən ilin eyni dövründə Intel-in gəliri 13,3 milyard dollar təşkil etmişdi. Bu nəticə bazar gözləntilərini üstələyib.
Keçən ilin üçüncü rübündə təxminən 16,6 milyard dollar xalis zərər açıqlayan Intel bu ilin eyni dövründə 4,1 milyard dollar xalis mənfəət əldə edib.
Şirkətin hər səhminə düşən mənfəəti 90 sent olub. Müqayisə üçün, ötən ilin eyni dövründə hər səhmə görə 3,88 dollar zərər qeydə alınmışdı.
Balansın gücləndirilməsi üçün addımlar atılıb
Intel-in baş icraçı direktoru (CEO) Lip-Bu Tan bildirib ki, üçüncü rübün maliyyə nəticələri şirkətin strateji prioritetləri istiqamətində yaxşılaşan fəaliyyətini və sabit irəliləyişini əks etdirir.
Şirkətin maliyyə direktoru (CFO) David Zinsner isə qeyd edib ki, üçüncü rübdə balansı gücləndirmək üçün mühüm addımlar atılıb.
O, ABŞ hökumətindən sürətləndirilmiş maliyyə dəstəyi, həmçinin Nvidia və SoftBank Group tərəfindən edilən investisiyaları xüsusi vurğulayıb. Bu yatırımlar Intel-in əməliyyat çevikliyini artırıb.
Zinsner deyib:
“Gözləntilərdən daha güclü olan üçüncü rüb nəticələrimiz, ardıcıl dördüncü rübdə davam edən yaxşılaşmanı göstərir və əsas bazarlarımızın dayanıqlığını əks etdirir. Hazırda tələb təklifi üstələyir və bu tendensiyanın 2026-cı ilə qədər davam edəcəyini gözləyirik.”
Intel-ə milyardlarla dollar investisiya daxil olub
Avqust ayında Intel ABŞ hökuməti ilə 8,9 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb. Eyni ayda Yaponiyanın SoftBank Group-u şirkətə 2 milyard dollarlıq sərmayə qoymağı nəzərdə tutan razılaşma imzalayıb. Bundan əlavə, ötən ay Nvidia, xüsusi məlumat mərkəzləri və fərdi kompüter məhsullarının birgə inkişafı üçün Intel ilə əməkdaşlığa başladığını elan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























