Qanunsuz qumar və mərc oyunlarının reklamına görə 5 influenser cərimələndi
Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı müəyyən edilib.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır və Agentliyə daxil olan müraciətlər araşdırılır.
Bu barədə Marja-ya Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil olub. Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal platforma təsirçilərinin (influenser) sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı aşkar edilib.
Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub.
Bununla əlaqədar, 5 fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib.
Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşən şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə - fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















