İri bankın gəlirləri və əməliyyat mənfəəti xeyli azalıb
“Xalq Bank” 2017-ci ilin 7 ayını 12 milyon 633 min manat xalis mənfət ilə başa vurub. Halbuki, Bank bu ilin 6 ayında 5 milyon 171 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, aylıq müqayisədə Bankın xalis mənfəəti artıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, Bank ilk 6 ayda 24 milyon 650 min manat əməliyyat mənfətinin 19 milyon 487 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı. 7 ayın yekununda isə 29 milyon 404 min manat əməliyyat mənfətinin 16 milyon 798 min manatı ehtiyatlara ayırılıb. Qısası, Bank İyulda ehtiyatların bir hissəsini xalis mənfəətə əlavə edib və nəticədə də Bankın xalis mənfəəti artıb.
“Xalq Bank” 2016-cı ilin 7 ayı ərzində 34 milyon 242 min manat əməliyyat mənfəətinin 29 milyon 201 min manatını ehtimal olunan zərərlərə görə ehtiyatlara ayırmış və 5 milyon 91 min manat xalis mənfəət əldə etmişdi.
7 ayda “Xalq Bank”ın faiz gəlirləri 58 milyon 869 min manat, faiz xərcləri 16 milyon 17 min manat, qeyri-faiz gəlirləri 6 milyon 801 min manat, qeyri-faiz xərcləri isə 20 milyon 250 min manat təşkil edib.
Ötən ilin yanvar-iyul dövründə Bankın faiz gəlirləri 61 milyon 427 min manat, qeyri faiz gəlirləri 14 milyon 200 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bu il bankın gəlirləri və əməliyyat mənfəəti xeyli azalıb.
31 İyul 2017-ci il tarixində “Xalq Bank” 1 milyard 802 milyon 870 min manat aktivlərə, 1 milyard 550 milyon 49 min manat öhdəliklərə və 252 milyon 820 min manat cəmi balans kapitalına malik olub.
“Xalq Bank” 31 İyul 2016-cı il tarixində 1 milyard 758 milyon 981 min manat cəmi aktivlərə, 1 milyard 524 milyon 33 min manat cəmi öhdəliklərə və 234 milyon 947 min manat cəmi balans kapitalına malik idi.
Bankın kredit portfeli 1 milyard 431 milyon 670 min manatdan 1 milyard 283 min 971 min manata düşüb. Nəticədə də "Xalq Bank" gəlir formalaşdırmaqda çətinlik çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul





















