Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
Azərbaycan məktəbliləri “Stars of Informatics” yarışında 4 bürünc medal və mükafat qazanıblar(®) 18–19 oktyabr 2025-korci il tarixlərində Rumıniya Respublikasının təşkilatçılığı ilə keçirilən “Stars of Informatics” beynəlxalq informatika müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər dörd bürünc medal və həvəsləndirici mükafat qazanıblar.
10 ölkədən 120 iştirakçının qatıldığı yarışda Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medala, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
Virtual formatda təşkil edilmiş müsabiqə iki mərhələdən ibarət olub. Hər mərhələdə məktəblilər dörd saat ərzində üç tapşırıq həll edərək analitik düşüncə, alqoritmik problem həll etmə, proqramlaşdırma və vaxtın səmərəli idarə edilməsi kimi bacarıqlarını nümayiş etdiriblər.
2017-ci ildən etibarən “Azercell Telekom” MMC Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs nəticəsində gənclər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma olimpiadalarında iştirak edərək ölkəmizə ümumilikdə 108 medal qazandırıblar.
Azercell istedadlı gəncləri təbrik edir və onlara gələcək müsabiqələrdə uğurlar arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
32 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
46 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib























