Sərfəli ilkin ödənişlə mənzil axtarırsınız? - Təmirli mənzillər cəmi 18 165 manat ilkin ödənişlə
“Kristal”ın “Park Yasamal” layihəsində mənzil satışları 15%-dən başlayan ilkin ödənişlə davam edir.
Bu layihədən mənzil almaq istəyənlər üçün müxtəlif ölçüyə və plana malik mənzil seçimləri mövcuddur. Şərtlər sadə, seçim isə müxtəlifdir. Məsələn, 2 otaq studiya, 42,49 m² mənzilə cəmi 18 165 manat, 2 otaq, 55,54 m² mənzil üçün isə 22 078 manat ilkin ödəniş kifayətdir. Daha yüksək kvadratlı mənzillər üçün də sərfəli şərtlər mövcuddur.
Kompleksdə hazır və inşası davam edən binalarda 37,86 m²-dən 120,47 m²-ə qədər 2, 3, 4 otaqlı və studiya tipli mənzillər də satışdadır.
“Park Yasamal” yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yaxın, əsas yollara rahat çıxışı olan əlverişli ərazidə yerləşir. Burada şəhərin dinamik həyatı ilə təbiətin sakitliyini bir arada yaşamaq mümkündür.
Böyük bir kompleksin davamı olaraq inşa edilən “Park Yasamal”da sakinlərin gündəlik həyatda ehtiyac duyduğu hər şey bir aradadır: 5 hektarlıq yaşıllıq ərazini əhatə edən geniş park, gölətrafı bulvar, kompleks daxilində fəaliyyət göstərəcək məktəb və bağça, fitnes mərkəzi, xəstəxana, supermarketlər və müxtəlif iaşə obyektləri sakinlərin həyatını daha rahat və balanslı edəcək.
Binaların memarlıq görünüşündə estetik detallar qədər sakinlərin komfortu və enerji qənaəti də əsas önəmdə tutulub. “Park Yasamal”da istifadə olunan daş yunu izolyasiyası mənzillərdə həm yayda sərinlik, həm qışda istilik saxlayaraq optimal temperaturu qoruyur və enerji itkisini minimuma endirir. Bu da sakinlərə kommunal xərclərə qənaət imkanı yaradır.
Bundan əlavə, burada səs-küy problemi də aradan qaldırılıb: mənzillər arası divarlar və döşəmə-tavan arası xüsusi izolyasiya materialı ilə işlənilir, beləliklə, səs keçiricilik demək olar ki, sıfıra endirilir. Həmçinin, qapalı avtodayanacaqda hər bir mənzil sahibi üçün ayrıca yer nəzərdə tutulub.
Kompleksdəki bütün mənzillər tam təmirli təhvil verilir. Təmir zamanı beynəlxalq keyfiyyət standartlarına cavab verən Avropa brendlərindən istifadə edilir. Mənzilləri nağd və ya 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka krediti ilə əldə edə bilərsiniz. Layihənin satış ofisinə yaxınlaşmaqla mənzillərlə və satış şərtləri ilə yerindəcə tanış ola bilərsiniz.
Ətraflı: *1544
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi (3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin arxası)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


