Azərbaycanın tikinti şirkətinin gəlirləri kəskin azalıb, zərər edib, texniki müflis olub
Tikinti obyektlərinin, bina və qurğuların, inşaat konstruksiyalarının memarlıq layihələndirilməsi, qeyri-yaşayış binalarının tikintisi xidmətlərini göstərən "Diadem" ASC 2024-cü ili 5 milyon 504 min manat xalis zərər ilə başa vururb. Halbuki, şirkət 2023-cü ili 1 milyon 803 min manat xalis mənfəət ilə bağlamışdı. "Diadem" ASC-nin gəlirlərinin kəskin azalması xalis zərərin hesabatlarında görünən səbəbidir.
GƏLİRİ 2 DƏYƏ YAXIN AZALIB
Marja.az-ın məlumatına görə, "Diadem" şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə 58 milyon 436 min manat ikən, 2024-cü ildə 30 milyon 373 min manata düşüb (1,9 dəfədən çox azalıb).
KAPİTALI MƏNFİ ZONADA
Şirkətin yığılmış 3 milyon 509 min manat zərəri 3 milyon 100 min manat nizamnamə kapitalını tamamilə silib və Şirkət ötən ilin sonunda 409 min manat mənfi kapitala malik olub.
PULLARINI YIĞA BİLMİR
31 dekabr 2024-cü il tarixində "Diadem" ASC 114 milyon 408 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 102 milyon 921 min manat cəmi aktivlərə malik idi. Aktivlərin həcminin artması debitor borcların 12 milyon 422 min manat artaraq 36 milyon 35 min manata yüksəlməsilə əlaqədardır.
"Diadem" ASC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Corat ŞTQ, məh. 71, ev 3, faktiki ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesidir (Xırdalan) Şirkətin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75 faiz) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25 faiz).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)

