Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb
İşçi Qrupunun fəaliyyətinə hər iki ölkənin özəl sektor təmsilçilərinin cəlb olunması planlaşdırılır.İqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana səfəri çərçivəsində investisiya və ticarət əməkdaşlığına dair müzakirələr aparılıb, Azərbaycan-Oman işgüzar dəyirmi masası təşkil olunub.
Oman Sultanlığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Bankının baş icraçı direktoru Məhəmməd Al Habsi ilə görüşüb.
Görüşdə Azərbaycan və Oman Sultanlığı arasında iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı investisiya əlaqələrinin şaxələndirilməsi və bank-maliyyə sektorunda tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Maliyyə və investisiya əməkdaşlığının yeni mərhələyə keçidi, həmçinin Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun yaradılması bu istiqamətdə mühüm addım kimi dəyərləndirilib.
Tərəflər müasir istehsal infrastrukturunun qurulmasının, dövlət-özəl tərəfdaşlığının təşviqinin və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqinin əhəmiyyətini qeyd edib, maliyyə institutları arasında birgə layihələrin və investisiya fondlarının formalaşdırılmasının regional iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcəyini bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri cənab Qais bin Məhəmməd Al Yousef ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, iş adamları arasında əməkdaşlıq platformalarının yaradılması istiqamətində təşəbbüslərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, müasir ticarət və sənaye zonalarının formalaşdırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiyaların təşviqi və elektron ticarətin inkişafı istiqamətində geniş əməkdaşlıq imkanları mövcuddur.
Görüşdə həmçinin, iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı ətrafında müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin Oman Sultanlığına səfəri çərçivəsində Azərbaycan-Oman işgüzar dəyirmi masası keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Mohammed Al Yousef və digər aidiyyəti şəxslər, biznes nümayəndələri iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın biznes və investisiya imkanları, Omanlı sərmayədarların bu imkanlardan yararlana biləcəyi əsas istiqamətləri nəzərə çatdırıb. Qeyd olunub ki, yeni reallıqlar şəraitində mühüm nəqliyyat və logistika mərkəzinə çevrilən Azərbaycanın iqtisadi potensialı daha da artır və regional inteqrasiyanın güclənməsi üçün yeni imkanlar açılır.
Vurğulanıb ki, birgə fəaliyyətin prioritetlərindən biri biznes əlaqələrini ortaq maraqlara xidmət edən, iqtisadiyyatlarımızı şaxələndirən və regional tərəfdaşlığı möhkəmləndirən perspektivli layihələrlə gücləndirməkdir. Görüşdə “KOB Evləri” modeli üzrə təcrübə mübadiləsinin təşkilinin, yaşıl enerji keçidini sürətləndirən həllərin və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti qeyd olunub.
Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Mohammed Al Yousef Oman və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Bildirilib ki, enerji, investisiya, turizm, infrastruktur və yüksək texnologiyalar sahələrində tərəfdaşlığın dərinləşdirilməsi hər iki ölkənin dayanıqlı inkişaf məqsədlərinə xidmət edir.
Tədbirdə investisiya əməkdaşlığının inkişafı üçün Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb. İşçi Qrupunun fəaliyyətinə hər iki ölkənin özəl sektor təmsilçilərinin cəlb olunması planlaşdırılır.
Azərbaycan-Oman işgüzar dəyirmi masasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Invest Oman” platformasının nümayəndəsi Juhaina Al Balushi ölkələrimizin biznes və investisiya mühiti haqqında təqdimatlarla çıxış ediblər. Tədbir çərçivəsində həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Oman Ticarət və Sənaye Palatası (OCCI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Dəyirmi masa B2B görüşlərlə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)


