Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur
(®) 9-10 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biri – CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı, “Ağıllı şəhər”də kibermüharibə simulyasiyaları və kibertəhlükəsizlik həlləri sərgisi keçiriləcək. Bu platforma iştirakçılara həm real ssenarilər üzərində təcrübə qazanmaq, həm də innovativ texnologiyalarla tanış olmaq imkanı yaradacaq.
Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Biznes müştəriləri üçün etibarlı təhlükəsizlik xidmətləri təqdim edən və bu vacib sahədə mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran Azercell tədbirin gümüş sponsorudur. Bundan əlavə, mobil operatorun kibertəhlükəsizlik komandası CİDC 2025 yarışmasında şifrələmə, sənaye idarəetmə sistemləri, proqramların kodunun araşdırılması və digər sahələr üzrə təqdim olunacaq tapşırıqlarda bacarıqlarını nümayiş etdirəcək.
Azercell-in məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, rəqəmsal mədəniyyəti gücləndirmək və regionda informasiya təhlükəsizliyinin təminatına töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















