Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verilib
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib.
ADY-dən verilən məlumata görə, yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. Beləliklə, əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.
Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti 2 saatdan 1 saatadək qısaldacaq. Eyni zamanda, bir blok-qatarın sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1 saatdan 8 dəqiqəyə qədər azalacaq.
Bakı Limanı üzrə Vahid Keçid Mərkəzi əməliyyatların səmərəliliyini artıraraq ümumilikdə yükdaşıma əməliyyatlarının sürətinə müsbət təsir göstərəcək və sənədləşmə prosesinin daha rahat formada icrasını təmin edəcək. Mərkəzin fəaliyyəti idxal əməliyyatlarının daha çevik icrasına, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcminin artmasına və ölkənin logistika sisteminin dayanıqlığının yüksəldilməsinə, Orta Dəhlizin rəqabətqabiliyyətini gücləndirərək Azərbaycanın tranzit ölkə kimi rolunun möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Mərkəz həmçinin Azərbaycanın tranzit-logistika sistemində yeni sinerji yaradacaq. Yükdaşımaların sürəti və şəffaflığının artması həm beynəlxalq daşıyıcıların Azərbaycan ərazisindən keçən marşrutlara üstünlük verməsinə, həm də region ölkələrinin tranzit marşrut seçimində Orta Dəhlizin daha cəlbedici mövqeyə çıxmasına şərait yaradacaq. Bu cür optimallaşdırmalar ölkə gündəliyində mühüm yer tutan “qlobal nəqliyyat qovşağına çevrilmək” hədəfinə xidmət etməklə yanaşı, ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və beynəlxalq ticarətdə etibarlı tərəfdaş imicinin gücləndirilməsində xüsusi rol oynayacaq.
Qeyd edək ki, Bakı Limanının ADY-yə inteqrasiyası əməliyyat çevikliyinin artırılmasına, yüklərin daşınmasında vahid idarəetmə mexanizminin yaradılmasına imkan verib. Görülən işlərin nəticəsində Bakı Limanında 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (47 min TEU) ilə müqayisədə 48 faiz çoxdur. Vahid Keçid Mərkəzinin fəaliyyəti əməliyyatların daha da optimallaşdırılmasına xidmət edərək Bakı Beynəlxalq Dəniz Limanında yükaşırma göstəricilərinin davamlı artmasına gətirib çıxaracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















