SOCAR üzrə satılan 1 kub metr qazın xərci 18 qəpik təşkil edib
2023-cü ildə 1000 kub metr qazın faktiki istehsal maya dəyəri 80,25 manat təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 4,22 manat və ya 5,5% artmışdır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinada bildirilir.
Şirkət üzrə qaz hasilatı na çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,6%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,4%, əmək haqqı xərcləri 13,0%, sosial sığortaya ayırmalar 3,0%, əsas vəsaitlərin amorti zasiyası 17,0%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,4%, nəqliyyat xərcləri 13,1%, mühafi zə xərcləri 2,3%, mədən vergisi 16,2%, digər vergilər 4,0%, digər xidmətlər üzrə xərclər 12,2%, digər xərclər isə 2,4% təşkil edir.
Qazın hasilatı na, “Azərkontrakt” SC-dən alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla 2024-cü ildə SOCAR üzrə satılan 1000 m3 (kub metr) qazın faktki xərci 176,82 manat (1 kub metr üçün təxminən 18 qəpik) təşkil etmişdir. Aşağıdakı cədvəldə əmtəəlik məhsul vahidinin maya dəyərinin (mədən vergisiz) göstəricisinin müqayisəsi verilmişdir.
Qazın maya dəyərinin artması əsasən keçən ilə nisbətən əmtəəlik qaz hasilatının azalması hesabına baş vermişdir. Keçən ilə nisbətən əmtəəlik qaz hasilatı 700738 min m3 və ya 13,1% az olmuşdur.
Hazırda əhali üzrə təbii qaz tarifləri aşağıdakı məbləğlərdədir:
- 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12,5 qəpik;
- 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 22 qəpik;
- 2500 kub metrdən çox olan hissə üçün 30 qəpik.
Şirkət üzrə qaz hasilatına çəkilən faktiki xərclər aşağıdakı cədvəldə verilir
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















