Qızıl bazarı FED-in qərarını gözləyir
Qızıl bazarında qiymətlər ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) bu həftə gözlənilən faiz qərarı öncəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, qızılın unsiyası 0,1% artaraq 3644 dollar təşkil edib.
Marja xəbər verir ki, investorlar əmək bazarındakı zəifləmə səbəbindən bu həftə FED-in 0,25 bənd faiz azaldacağını gözləyirlər. Qızılın qiyməti son dörd həftədə ardıcıl artaraq rekord hədlərə yaxınlaşıb və bu il ümumilikdə təxminən 40% bahalaşıb.
Analitiklər geosiyasi gərginlik, Donald Trampın gömrük tarifləri gündəmi və mərkəzi bankların kütləvi alışlarının qiymətlərə dəstək verdiyini bildirirlər. Trampın Fed-in İdarə Heyətinin üzvü Liza Kukun vəzifədən uzaqlaşdırılmasına yönəlik addımları da bazarda narahatlıq yaradıb. Goldman Sachs bu prosesin qızılın qiymətini 5 000 dollara yaxınlaşdıra biləcəyini ehtimal edir.
Digər qiymətli metallar bazarında - gümüş və palladium ucuzlaşıb, platin isə 1 400 dolları aşaraq son 10 ilin ən yüksək səviyyəsinə yaxınlaşıb.
Eyni zamanda, ABŞ və Çin arasında Madriddə davam edən ticarət və təhlükəsizlik mövzusunda danışıqlarda mümkün yumşalma ehtimalı qızıl qiymətlərinə təzyiq göstərə bilər. Asiyada isə Taylandın Kambocaya qızıl ixracının 19% artması çirkli pulların yuyulması ehtimallarını gündəmə gətirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















