Neft qymətləri Çinin sayəsində sabit qalır
Dünya bazarında neft qiymətləri Çinin strateji addımları sayəsində stabilliyini qoruyur. Bu ilin əvvəlindən bəri Çin bəzi günlərdə ehtiyatlarına 600 min barel əlavə edib. Ölkənin ümumi neft rezervləri (ehtiyatları) 1,4 milyard barelə çatıb ki, bu da üç aylıq idxal həcmini xeyli üstələyir.
Marja xəbər verir ki, Rusiya nefti alışlarında risklərin artması səbəbindən hindistanlı idxalçılar oktyabr ayı üçün Brent neft qiymətində 10 dollar endirim tələb ediblər. Rusiya tərəfi isə bu endirimi yüksək hesab edərək partiyaları Çin bazarına yönəldib. Qeyd olunur ki, sentyabr ayında endirimlər yalnız 2–3 dollar civarında olub.
Brent neftinin hazırda qiyməti təxminən 66 dollardır. Hindistanın istədiyi endirim tətbiq olunsa, qiymət 56 dollara enəcək. Ekspertlər bildirirlər ki, bu, Rusiya üçün kritik ssenari deyil, çünki Avropa İttifaqı və Böyük Britaniya oktyabrdan etibarən Rusiya nefti üçün tətbiq edəcəyi 47,60 dollarlıq tavan qiymətdən hələ yüksəkdir. Əvvəlki tavan uzun müddət 60 dollar səviyyəsində saxlanılmışdı.
Neft bazarında davam edən qiymət savaşı və təklifin artması fonunda OPEC istehsal kəsintilərini azaltmaq qərarı verib. Kartelin səkkiz üzvü oktyabrdan başlayaraq gündəlik 137 min barel əlavə istehsal edəcək. Analitiklər bildirirlər ki, bu addım qiymətlər üzərində təzyiq yaradacaq və ən azı 60 dollar səviyyəsinin test edilməsinə gətirib çıxara bilər.
Mütəxəssislər vurğulayırlar ki, qiymətlərin indiki səviyyədə qalmasının əsas səbəbi Çinin böyük alışları və strateji rezervlərini artırmasıdır. Lakin böyük həcmdə alışların sonsuza qədər davam etməyəcəyi istisna edilmir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























