Nəhəng dərman istehsalçısı 9 min işçini ixtisar edəcək
Danimarkanın aparıcı dərman istehsalçısı Novo Nordisk, artan xərclər və təşkilati mürəkkəbliyi azaltmaq məqsədilə genişmiqyaslı yenidənqurma proqramına start verdiyini açıqlayıb.
Marja xəbər verir ki, Şirkət bu proses çərçivəsində təxminən 9 min əməkdaşla yollarını ayıracaq.
Yenidənqurma nəticəsində 2026-cı ilin sonunadək illik 8 milyard Danimarka kronu (DKK) həcmində qənaət gözlənilir. Bununla yanaşı, 2025-ci il üçün əməliyyat mənfəətinin artım proqnozu əvvəlki 10–16 faiz aralığından 4–10 faiz aralığına endirilib.
Dünyanın ən böyük dərman şirkətlərindən biri hesab olunan Novo Nordisk, əməliyyat səmərəliliyini artırmaq, resursları diabet və piylənmə kimi strateji inkişaf sahələrinə yönəltmək məqsədilə bu addımı atdığını bildirib.
Şirkət rəhbərliyi son dövrdə sürətli böyümənin təşkilati mürəkkəbliyi artırdığını və xərcləri yüksəltdiyini, buna görə də struktur dəyişikliklərinin uzunmüddətli davamlı inkişaf üçün qaçılmaz olduğunu vurğulayıb.
Yenidənqurma proqramının bir dəfəlik 8 milyard DKK xərc tələb edəcəyi də qeyd olunub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























