“AccessBank” PR mütəxəssisi axtarır
“AccessBank” İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.
Öhdəliklər:
- Bankın PR-strategiyasının həyata keçirilməsi
- KİV-lə əlaqələrin quruluması, lazımi məlumatların KİV-ə təqdim olunması
- Rəsmi məlumatların hazırlanmasında iştirak və nəzarət (press-relizlər, daxıili və xarici informasiya bülletenləri, reklam mətnləri, sayt üçün materiallar və s.)
- Verilən məlumatlara əsasən müstəqil şəkildə şirkətin fəaliyyəti və şirkətin məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlər, məqalələr yazmaq və tərcümə etmək (azərbaycan, rus dillərinə);
- Bankın rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi
- Mətbuat tədbirlərinin təşkili (mətbuat-konfransı, müsahibə)
- Media nümayəndələri ilə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlən təşkili (görüşlər, müsabiqələr, press-turlar, seminarlar və s.)
- Korporativ Sosial Məsuliyyət və Xeyriyyəçilik layihələrinin həyata keçirilməsində iştirak
Tələblər:
- Ali təhsil (jurnalistika, filologiya təhsili təqdir olunur)
- Mükəmməl Azərbaycan və rus dilləri biliyi (ingilis dili biliyi təqdir olunur)
- Kollektivdə çalışmaq qabiliyyəti və hazırlığı
- Mükəmməl məsuliyyət hissi
- Kompüter savadı
- Zəruri hallarda bankın digər (o cümlədən, regional) filiallarına getmək imkanı və arzusu
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Müraciət üçün son tarix 30.09.2017
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























