İnternet operator və provayderlərindən şikayət indeksi açıqlandı - SİYAHI
İnternet istifadəçiləri ən çox "Alnet", "Ultranet" və "Uplink"dən narazıdırlar.Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Marja xəbər verir ki, hesabatda 2025-ci ilin II rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2025-cü ilin I rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.
Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə II rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir.
İndeksə görə, müştəri məmnuniyyətinin yüksək olduğu şirkətlər - "AG TELEKOM" MMC (KATV1), "UNİNET" MMC (CİTYNET),"RAHAT TELECOM" MMC (RAHAT TELECOM), "SN TELECOM" MMC (SNTV) və "AZERONLİNE LTD" BM (AZERONLİNE), müştəri məmnuniyyətinin aşağı olduğu şirkətlər isə - "ALNET" MMC (ALNET), "ULTRANET" MMC (ULTRANET), "UPLİNK" MMC (UPLINK), "BULUD TELECOM" MMC (BULUD TELECOM) və "GSP" MMC (CİTYLİNE) şirkətlərdir.
İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq.
Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 8600-ə yaxın müraciət daxil olub.
2024-cü ilin martından isə artıq “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə ediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin miqyasını genişləndirməklə yanaşı, platformanı daha əlçatan edib.
Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.
Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
16 d. əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
2 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Ən çox oxunanlar
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma





















