AFB Bank “Qəbələ” Futbol Klubu ilə yeni sponsorluq müqaviləsi imzalayıb
AFB Bank “Qəbələ” Futbol Klubu ilə yeni əməkdaşlığa başladı - Futbola Yeni Enerji Gəlir!AFB Bank, ölkəmizdə idmanın və xüsusilə futbolun inkişafına verilən dəstəyə qatqı olaraq, “Qəbələ” Futbol Klubu ilə yeni sponsorluq müqaviləsi imzalayıb.
MArja.a Banka istinadən xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində il boyu müxtəlif təşəbbüslər həyata keçiriləcək və futbolsevərlərə unudulmaz anlar bəxş ediləcək.
İlk addım olaraq, #AxtardığınFutbolBurada mesajı ilə klubun rəsmi avtobusu AFB Bank tərəfindən xüsusi dizayn edilərək istifadəyə verilib. Bu şüar həm futbolsevərlərə ümid dolu mesaj verir, həm də təsadüfi deyil ki, AFB Bank adının baş hərfləri ilə üst-üstə düşür. Beləliklə, “AFB” həm bankı, həm də futbol sevgisini birləşdirən güclü simvola çevrilir. Avtobusun şəhər küçələrində görünməsi futbolun nəfəsini hər yerdə hiss etdirməklə yanaşı, azarkeşlər arasında böyük maraq doğurur və komanda ruhunu daha da gücləndirir.
Əməkdaşlığın növbəti mərhələsi kimi, AFB Bank-ın korporativ rəngləri və loqosundan ilhamlanaraq “Qəbələ” FK-nın yeni forması dizayn edilib. Bu forma həm klubun ənənələrini qoruyur, həm də tərəfdaşlıq ruhunu əks etdir.
Bank rəhbərliyinin bildirdiyinə görə, “Bizim üçün idmana dəstək yalnız sponsorluq deyil, gənclərin sağlam həyat tərzini təşviq etmək və milli idman mədəniyyətinin inkişafına töhfə verməkdir. Qəbələ FK ilə əməkdaşlıq bu istiqamətdə atdığımız mühüm addımlardan biridir.”
AFB Bank və “Qəbələ” Futbol Klubu gücünü birləşdirərək komanda ruhuna, azarkeş sevgisinə və idmana yeni enerjini hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)
