Yango Biznes üçün gedişlər - korporativ səfərlər və çatdırılma artıq bir hesabda - FOTO
(®) 25 avqust 2025-ci ildən etibarən Bakıda korporativ müştərilər çatdırılma və səfərləri vahidYango Biznes üçün gedişlər biznes hesabı vasitəsilə sifariş edə bilərlər.
Əməkdaşların səfərlərini və göndərmələrin logistikasını "vahid pəncərə"də birləşdirən bu həll həm əməliyyat yükünü azaltmağa, həm də xərclərə nəzarəti asanlaşdırmağa imkan verir.
“Biz korporativ müştərilərə səyahətləri və çatdırılmanı vahid biznes hesabından idarə etməyə imkan verən yeni funksiya işə salırıq. Əməkdaşlar “Yango” tətbiqində və ya korporativ kabinetdə müəyyən edilmiş limitlər çərçivəsində sifarişlər edəcək, maliyyə hesabatları və analitika isə dərhal biznes hesabında əlçatan olacaq”, - “Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov bildirib.
Biznes üçün imkanlar
Biznes üçün indi 3 çatdırılma növü əlçatandır.
Kuryer ilə - 10 kiloqrama qədər yüklər üçün. Piyada və ya motorlu nəqliyyat vasitələri ilə çatdırılır - sənədlər və kiçik göndərmələr üçün uyğundur. Real zaman rejimində statusu izləmək mümkündür.
Ekspres - 20 kiloqrama qədər yüklər üçün. Çatdırılma təcili göndərmələr üçün avtomobillə kuryer vasitəsilə həyata keçirilir. "A nöqtəsindən B nöqtəsinə" təcili sifarişlər üçün rahatdır. Həmçinin çatdırılmanı onlayn qaydada izləmək mümkündür.
Yük - 1400 kiloqrama qədər ağır yüklər üçün. Böyük ölçülü göndərmələr üçün 3 ölçü (S, M və L) mövcuddur.

S kateqoriyasına maksimum çəkisi 300 kiloqrama qədər, ölçüsü 170x100 sm, hündürlüyü isə 90 sm-dən çox olmayan yüklər daxildir.

Çəkisi 700 kiloqrama qədər, ölçüsü 260x130 sm, hündürlüyü 150 sm olan yükü daşımaq lazım olduqda M kateqoriyasını seçmək lazımdır.
Uzunluğu 380 sm, eni 180 sm-ə qədər olan, hündürlüyü 180 sm-dən çox olmayan yükün daşınması halında isə, maksimum yükgötürmə qabiliyyəti 1400 kiloqram olan L kateqoriyası uyğun gələcək.

İdarəetmə və nəzarət
● Bütün bağlamaları real zaman rejimində izləmək mümkündür, bu da şirkət menecerlərinə göndərmənin statusunu müəyyən etmək üçün daha az vaxt sərf etməsinə imkan verəcək.
● Xidmətlərə görə ödəniş korporativ hesabdan həyata keçirilir. Çatdırılma limitlərini səfər limitlərindən ayrı təyin etmək mümkündür ki, bu da rahatlığı artırır.
● İndi həm səfərlər, həm də yüklərin göndərilməsi vahid kabinetdən idarə olunur. Sifarişləri isə smartfondakı rahat tətbiqdən və ya korporativ kabinetdən etmək mümkündür.
● Sifarişi əvvəlcədən müəyyən edilmiş vaxtda rəsmiləşdirmək imkanı mövcuddur.
● Qeydiyyat və korporativ hesabın yaradılması ödənişsizdir.
Biznes səfərlərin və çatdırılmaların bir hesabda birləşdirilməsindən nə əldə edəcək?
● Əməliyyat vaxtına qənaət
● Sənəd dövriyyəsinin azaldılması
● "Vahid pəncərə" prinsipi ilə idarəetmə
İndi əməkdaşların səfərləri və yük daşımaları haqqında razılaşdırmaya və sənədlərin toplanmasına ehtiyacı yoxdur. Bütün sifarişləri “Yango” tətbiqində etmək olar, büdcə və limitlərə nəzarət isə şirkətin korporativ kabinetində real zaman rejimində həyata keçirilir. Çatdırılmalar haqqında hesabatlar səfərlərdən ayrı əlçatan olur, bu da menecment üçün analitikanı asanlaşdırır.

Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan “Yango Azerbaijan” istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik həyatı asanlaşdırmağa imkan verir. “Yango Group” servisləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Kolumbiya kimi ölkələr də daxil olmaqla 30-dan çox ölkədə fəaliyyət göstərir. Azərbaycanda səyahət sifarişi və çatdırılma xidmətləri 2022-ci ildən mövcuddur. 2024-cü ildə “Yango” supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması xidməti, “Market” - ərzaq çatdırılması xidməti və “Yemək” - restoran yeməklərinin çatdırılması xidməti əlavə olunub.
Əlavə məlumat üçün[email protected]e-poçt ünvanına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


