4 startap 50 min manatlıq mükafat fonduna layiq görülüb
Regionlarda innovasiya ekosistemini formalaşdıran “Innostart” layihəsinin final mərhələsi baş tutub. “Backlify”, “SaleX”, “Specdeaf” və “İmYen” startapları 50 min manatlıq mükafat fonduna layiq görülüblər.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və Azərbaycanın aparıcı innovasiya şirkətlərindən biri olan SUP VC-nin təşkilatçılığı ilə keçirilən “Innostart” layihəsinin “Grand Final” mərhələsi baş tutub.
Ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənci və startapçını bir araya gətirən layihənin yekununda finala çıxmış 17 komanda arasından “Backlify”, “SaleX”, “Specdeaf” və “İmYen” startapları 50 min manatlıq mükafat fonduna layiq görülüblər.
Tədbirdə dövlət qurumları, özəl şirkətlər, startap təsisçiləri və innovasiya mütəxəssisləri iştirak edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında son illərdə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin ölkədə innovasiya mühitinə geniş imkanlar açdığını vurğulayıb. O həmçinin “Innostart”, “ecomX” və “4ü1arada” kimi təşəbbüslərin regionlarda yeni nəsil sahibkarlığın inkişafına mühüm dəstək verdiyini bildirib.
İRİA-nın sədri Fərid Osmanov isə layihənin regionlarda yaratdığı təsirdən danışaraq, təkcə 2024-25-ci illərdə 4 regionda, 20 şəhər və rayonda 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı və 4 “Demo Day”in təşkil edildiyini qeyd edib. Bu tədbirlərdə 2000-dən çox iştirakçı yer alıb. Bundan əlavə, 18 yeni mentor hazırlanıb və müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələri qurulub.
Final mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Samir Hümbətov və layihənin baş təşkilatçısı olan SUP VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov da çıxış ediblər.
SUP VC-nin icraçı direktoru Rəşad Eyvazov tədbirdə çıxış edərək layihənin regionlarda sahibkarlıq mühitinin formalaşmasındakı əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, “Innostart” proqramı vasitəsilə yüzlərlə gənc öz ideyalarını biznes modelinə çevirmək imkanı qazanıb və regionlarda yaradıcı mühitin formalaşmasına ciddi təkan verilib.
Onun sözlərinə görə, SUP VC təkcə paytaxtda deyil, Azərbaycanın müxtəlif şəhər və rayonlarında startapların inkişafı üçün zəruri dəstək mexanizmləri qurur. Bu çərçivədə təşkil edilən hakatonlar, inkubasiya proqramları və mentorluq sessiyaları gənclərə ideyalarını praktiki layihələrə çevirmək üçün real imkanlar yaradıb.
Tədbir çərçivəsində layihənin statistik göstəricilərini əks etdirən təqdimat nümayiş etdirilib, startap komandaları öz layihələrini təqdim ediblər, mentor hazırlığı proqramının məzunlarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Innostart” layihəsi Azərbaycanın regionlarında startap ekosisteminin inkişafına sistemli yanaşmanı təmin edən əsas platformalardan biridir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə həyata keçirilən bu təşəbbüs gənclərin innovativ ideyalarını biznesə çevirməsinə, onların qlobal bazarlara çıxış imkanlarının artırılmasına və güclü yerli icmaların formalaşmasına şərait yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)

