Dövlət büdcəsinin gəlirləri proqnozu 708 milyon manat üstələyib, 3,5 milyard manatlıq artıqlıq yaranıb
2025-ci ilin ilk 7 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 846 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Marja.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 480,9 milyon manat təşkil edib ki, bu da yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10 milyard 560,8 milyon manat təşkil edərək proqnozdan 598 milyon manat və ya 6 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox və Dövlət Neft Fondundan transfert isə 8 milyard 447,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 589,2 milyon manat təşkil edərək proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 milyard 586,9 milyon manat proqnoza qarşı 19 milyard 944,6 milyon manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir.
2025-ci ilin 7 ayı ərzində dövlət büdcəsində 3 milyard 536,3 milyon manat artıqlıq yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)








.jpg)



