Azərbaycanın iri holdinqi satışdan 1,7 milyard manata yaxın gəlir əldə etdiyini açıqladı
İstehsal və ticarət sahələrində fəaliyyət göstərən "Azərsun Holdinq" MMC 2024-cü ili 43 milyon 824 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 58 milyon 312 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərsun Holdinq"in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 14 milyon 489 min manat və ya 24,8% azalıb. Xalis mənfəətin azalması gəlirlərin azalması ilə bağlıdır.
Marja.az "Azərsun Holdinq" MMC və onun törəmə müəssisələri üzrə 31 dekabr 2024-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Holdinqin əsas əməliyyat gəlirləri (satış) 2023-cü ildə 1 milyard 810 milyon 868 min manat ikən, 2024-cü ildə 1 milyard 661 milyon 385 min manata düşüb (149 milyon 483 min manat və ya 8,3% azalıb).
Ötən il Şirkətdə satışın maya dəyəri 1 milyard 213 milyon 954 min manat, ümumi mənfəət 447 milyon 431 min manat olub.
Holdinq 2024-cü ildə 52 milyon 619 min manat digər gəlir də əldə edib (2023-cü ildə 67 milyon 932 min manat digər gəlir əldə etmişdi).
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2024-cü il tarixində "Azərsun Holdinq" MMC 1 milyard 291 milyon 100 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyard 71 milyon 601 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, 2001-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupu “Qarabağ” futbol klubunu himayəsinə götürüb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















