Mikayıl Cabbarov Azərbaycanın kredit reytinqinin yüksəldilməsini şərh etdi
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsində əldə edilən nailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqini tapır. “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – investisiya kateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, qeyri-neft-qaz sektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına əsaslanır.
Marja.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.
Nazir qeyd edib ki, həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, iqtisadiyyatın şaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir. Ölkəmizin dünyada və regionda strateji nəqliyyat habı kimi əhəmiyyətinin artması da sosial-iqtisadi faydaları və perspektivləri genişləndirir.
Bank-maliyyə sektorunda və monetar sferada sistemli islahatların həyata keçirilməsi hesabına möhkəm sabitlik təməllərinin yaradılması, büdcə qaydalarının effektiv tətbiqi, iqtisadiyyatda şəffaflıq və hesabatlılığa əsaslanan köklü vergi islahatlarının həyata keçirilməsi, habelə dövlət satınalmalarının şəffaflaşdırılması və bu sahədə proseslərin rəqəmsallaşdırılması fonunda strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə böyüməsi Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən əsas məqamlardandır.
Makrofiskal dayanıqlığın güclənməsi amilləri ilə yanaşı, ölkə iqtisadiyyatında dayanıqlı inkişafın digər təməl şərtlərinin - investisiya və biznes mühitinin keyfiyyətinin daha da yüksəldilməsi xarici investorlar üçün cəlbediciliyi artırır, iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir və şaxələnməyə xidmət edən böyük investisiya layihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
27 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit






















