Qızılın qiymətində rekordlardan sonra “AzerGold” gəlirində böyük artım olduğunu açıqladı
“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238% artıb.“AzerGold” QSC tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirilib.
Bu barədə “AzerGold” məlumat yayıb.
Qeyd eddilib ki, bu ötən illə müqayisədə qızılın satışında 171% artım deməkdir. Gümüş məhsullarının satışında isə 17% artıma nail olunub.
Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20.2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238% artım deməkdir.
Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl, 135 003 unsiya gümüş məhsul satılaraq, 95.4 milyon manat gəlir əldə olunub.
Qeyd edək ki, 2024-cü ildə olduğu kimi, 2025-ci ilin ilk 5 ayında da qızıl qiymətləri kəskin artıb. “AzerGold”ın məhsullarına da investisiya məqsədilə təlabat artıb. Həmin qiymətlər yüksəldiyindən həm də satış həcmi artdığı üçün Şirkətin gəlirlərində böyük artım baş verib.
2025-ci ildə qızılın qiyməti təxminən 30% artaraq bir unsiya üçün 3355 dollara çatıb. 1 yanvar 2025-ci il tarixinə təxminən 2600 dollar idi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















