“Azerconnect Group” “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı oldu ®
Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Azərbaycanda rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı oldu.
Layihə vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin peşəkar kadrların inkişafının dəstəklənməsi üçün icra olunur.
İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin təşkilatçılığı ilə keçirilən “Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib.
Dövlət, özəl sektor və akademik dairələrdən 100-dən çox nümayəndənin qatıldığı tədbirdə “Azerconnect Group”un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev çıxış edib, yeni texnologiyalar, xüsusilə süni intellekt əsaslı həllər sahəsində reallaşdırılan innovativ layihələr barədə geniş məlumat verib: “Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə ölkələrin rəqabət qabiliyyəti yalnız texniki imkanlarla deyil, eyni zamanda insan resurslarının potensialı ilə müəyyən olunur. Qabaqcıl texnologiyaların effektiv istifadəsi və davamlı inkişafı üçün yüksəkixtisaslı, çevik düşüncəli və innovasiyalara açıq insanların olması olduqca önəmlidir. Bu baxımdan həyata keçirdiyimiz layihələr ölkədə texnoloji tərəqqinin sürətlənməsinə töhfə verməklə yanaşı, insan kapitalının inkişafı və yeni bacarıqların formalaşması baxımından da strateji əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, İKT və yüksək texnologiyalar sahəsində yerli mütəxəssislərin hazırlanması, ölkənin rəqəmsal iqtisadiyyat ekosisteminin gücləndirilməsi “Azerconnect Group”un dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət müvafiq sahələrdə layihə və təşəbbüsləri dəstəkləməklə ölkədə peşəkar kadrların formalaşması, insan kapitalının gücləndirilməsinə töhfə verir. “Azerconnect Group” güclü İKT infrastrukturu və təqdim etdiyi innovativ həllərlə Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı, ölkənin regionunun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayır.
Xatırladaq ki, “4Sİ Akademiyası - Milli Proqram”ı çərçivəsində on minlərlə istifadəçi ödənişsiz süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya daxil olmaqla, ümumilikdə 8000-ə qədər kurs və proqramlara qoşula biləcək. İstifadəçilər bir il ərzində Oksford, Stenford, Yel, Dyuk, London, Mançestr, həmçinin “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin təlimlərindən yararlana biləcəklər. Proqram çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. Təlimləri uğurla tamamlayanlar beynəlxalq sertifikatlar əldə edirlər. Proqrama qoşulmaq istəyən vətəndaşlar müvafiq linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
























