Azərbaycana günəş elektrik stansiyası layihəsi üçün modulları bu şirkət satacaq
Dünyanın ən böyük günəş panelləri (modulları) istehsalçılarından biri olan Çinin “JinkoSolar” fotovoltaik şirkəti Azərbaycanda 100 MVt gücündə günəş elektrik stansiyası layihəsi üçün modullar təchiz edəcək.
Bu barədə şirkətin məlumatında bildirilir.
“JinkoSolar” “Universal Energy” ilə “Qobustan” Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsi üçün modulların təchizatı haqqında müqavilə imzalayıb. Layihənin həyata keçirilməsi zamanı “JinkoSolar” tərəfindən hazırlanmış TOPCon N-tipli modullar tam istifadə olunacaq. Bu tərəfdaşlıq “JinkoSolar” texnologiyalarının çətin (hava) şəraitində tanınmasını vurğulayır və şirkətin dünya fotovoltaik sistemləri bazarında lider mövqeyini gücləndirir", - məlumatda bildirilib.
Şirkət qeyd edib ki, layihə çətin iqlim şəraitinə malik ərazidə həyata keçirilir - yayda temperatur 45°C-yə çatır, tez-tez güclü küləklər, toz fırtınaları müşahidə olunur.
"TOPCon N-tipli modullar öz texniki xüsusiyyətlərinə görə seçilib. Bunlara hər vatt üçün yüksək çıxış gücü, istənilən hava şəraitində etibarlı işləmə və ümumi enerji istehsalının artırılması daxildir. İkitərəfli əmsalı sayəsində xarici generasiya effektivliyi 85 %-ə qədər əhəmiyyətli dərəcədə artır, bu da ümumi istehsalı təxminən 3,38 % artırmağa imkan verir", - məlumatda vurğulanıb.
Qeyd edildiyi kimi, 100 MVt gücündə “Qobustan” GES-in tikintisi layihəsi üzrə investisiya müqaviləsi 22 aprel 2025-ci ildə Azərbaycan hökuməti ilə Çinin “Universal Energy” şirkətinin törəmə strukturu olan "Universal Solar Azerbaijan" MMC arasında imzalanıb.
Qeyd edək ki, 2025-ci il aprel 22-də Azərbaycan hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında Azərbaycanda 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, Azərbaycan hökuməti vergi güzəştləri, torpaq sahəsinin verilməsi, ötürücü şəbəkəyə qoşulma kimi istiqamətlərdə dəstək göstərəcək, həmçinin layihənin həyata keçirilməsinə kömək etmək üçün yerli strukturlarla qarşılıqlı əlaqəni koordinasiya edəcək.
Xatırladaq ki, 2024-cü ilin noyabrında COP29 konfransı zamanı “Universal Energy” bu layihənin həyata keçirilməsi üçün beynəlxalq tenderin qalibi elan edilmişdi. Ümumi investisiya həcmi təxminən 51 milyon ABŞ dolları qiymətləndirilir. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Eyni zamanda, stansiya karbon qazı emissiyalarını ildə təxminən 146,5 min ton azaldacaq
© "Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















