Xalq Bank investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya alan ilk bank oldu
Xalq Bankın İdarə Heyətinin sədri Kamran Məcidov bildirir: "Bank xidmətləri ilə yanaşı, həm də peşəkar investisiya həlləri təklif edəcəyik"Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ASC “Xalq” Bankı ölkədə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bank statusunu qazanıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur: "Bu lisenziya Xalq Banka geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verərək bankın bazardakı mövqeyini daha da gücləndirəcək və fəaliyyətini yeni mərhələyə daşıyacaq. Bununla da müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq. Səhm və istiqrazlarla əməliyyatların Bankın XalqOnline mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür".
Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirir:
“Xalq Bank üçün bu lisenziyanın əldə edilməsi, onun strateji inkişafında mühüm bir mərhələni təmsil edir. Biz müştərilərimizə çeşidli və innovativ bank xidmətləri ilə yanaşı, həm də peşəkar investisiya həlləri təklif edəcəyik. Məqsədimiz – kapital bazarının inkişafına dəstək olmaqla yanaşı, fiziki və hüquqi şəxslərin investisiya imkanlarını genişləndirməkdir. Bu fəaliyyətimiz müştərilərimizə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir.”
Ötən il 20 illiyini qeyd edən və hazırda regionun ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Xalq Bank aktivlərinin, kredit və depozit portfelləri həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyündədir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı






















