Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da İstehlak Qiymətləri İndeksinin proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı. Belə ki, EURUSD valyuta cütlüyü 1.11060 səviyyəsindən bahalaşaraq 1.12000 səviyyəsinə kimi yüksəlib. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.32110 həddindən 1.33190 həddinə qədər artım sərgiləyib. “Brent” markalı neftin qiyməti isə dünən 66.50$ səviyyəsini test edib. Hazırda “qara qızıl” 66$ həddinin üzərində möhkəmlənməyə çalışır.
ABŞ-ın Əmək Nazirliyinin çərşənbə axşamı günü dərc etdiyi məlumatlara əsasən, ölkədə aprel ayında İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.3% artıb. Artım tempi mart ayında qeydə alınan 2.4%-lik göstərici ilə müqayisədə zəifləyib. Analitiklər inflyasiyanın 2.4% həddində qalacağını proqnoz etmişdilər. Aylıq ifadədə istehlak qiymətləri aprel ayında 0.2% artıblar. Ekspertlər isə göstəricinin 0.3% təşkil edəcəyini ehtimal edirdilər. Ölkədə İstehlak Qiymətlərinin Baza İndeksi aylıq ifadədə 0.2%, illik ifadədə isə 2.8% artıb.
Eləcə də, İngiltərədə mart ayına qədər olan üç ayda İşsizlik Səviyyəsi 4.5%-ə qədər yüksəlib. Açıqlanan göstərici proqnozlar ilə üst-üstə düşüb və fevral ayında qeydə alınan 4.4%-dən yüksəkdir. Almaniyada İqtisadi İnkişaf Proqnozu İndeksi aprel ayı ilə müqayisədə may ayında -14 bənd səviyyəsindən 25.2 bənd səviyyəsinədək artıb. Həmçinin, ölkədə Cari Vəziyyət İndeksinin -81.2 bənddən -77 bəndədək yüksəlməsi ehtimal olunsa da, nəticədə göstərici -82 bəndədək geriləyib. Avrozonada isə İqtisadi İnkişaf Proqnozu İndeksi -18.5 bənddən 11.6 bəndədək yüksəlib.
ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatına trilyonlarla dollar sərmayə cəlb etməyə yönəlmiş Fars körfəzi ölkələrinə turu çərçivəsində Səudiyyə Ərəbistanı ilə strateji iqtisadi saziş imzalayıb. Çərşənbə günü Amerika nümayəndə heyəti Ər-Riyaddan Qətərə, cümə axşamı isə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Ər-Riyadda keçirilən görüşdə vəliəhd şahzadə Məhəmməd bin Səlman və Tramp enerji, müdafiə, faydalı qazıntıların hasilatı və digər sahələri əhatə edən sazişi təsdiqləyiblər.
Ağ Evin məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ-a 600 milyard dollar sərmayə qoyacaq. Bu məbləğə iki ölkə arasında tarixdə ən böyük müdafiə müqaviləsi də daxildir – təxminən 142 milyard dollar dəyərində. Tramp qeyd edib ki, bu cür əməkdaşlıq amerikalılar üçün minlərlə iş yeri yaradacaq.
Çərşənbə günü Bakı vaxtı ilə saat 10:00-da Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Əlavə olaraq, bügün “OPEC” aylıq hesabatını dərc edəcək, ABŞ-da isə kommersiya məqsədli neft ehtiyatları açıqlanacaq.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
19 d. əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
3 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
3 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)





