"Bakı-Pivə" şirkətinin ofis binası və istehsalat sahəsi satılır
30.06.2025-ci il tarixində "Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi yığıncağı (qiyabi səsvermə formasında) keçiriləcəkdir. Qeyd edək ki, "Bakı-Pivə" şirkətinin istehsalat sahəsini icarə müqaviləsi əsasında Danimarka kapitallı “Carlsberg Azerbaijan” tərəfindən istismar olunur.
Marja xəbər verir ki. "Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 6.6 və 6.7-ci maddəsinə uyğun olaraq səsvermənin qiyabi şəkildə keçirilməsi nəzərdə tutulmuşdur. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
1. Ümumi yığıncağın sədri və katibin seçilməsi.
2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi.
3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi.
4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi.
5. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən şirkətin hesabatlarının, şirkətin 2023-cü və 2024-cü il üçün balans hesabatlarının mənfəət və zərər hesabatlarının təsdiq edilməsi.
6. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi.
7. Cəmiyyətin balansında olan daşınmaz əmlakın yanı Abşeron ray., Xırdalan şəh., Şamaxı şosesi, (Xırdalan), ev 1 ünvanında yerləşən ofis binasının və istehsalat sahəsinin bazar dəyərinə (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması.
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 13.05.2025-ci il tarixindən etibarən hər bir səhmdara bildirişə əlavə olunmuş qoşma şəklində göndəriləcəkdir.
Hər bir səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini (bülleteni çap edərək müvafiq qaydada dolduraraq) dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf) iştirak edə bilər (gündəlikdəki hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirməklə) və imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək (notarial təsdiqli sənədin əsli əlavə edilməklə), həmçinin şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etmək şərti ilə qapalı zərfdə AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 poçt ünvanına bülletenlərin qəbulu üçün nəzərdə tutulmuş son tarix olan 30.06.2025-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilər. Bülletenlər, onların qəbulu üçün nəzərdə tutulmuş müddətdə və qaydada təqdim edilmiş, qiyabi şəkildə keçirilmiş Ümumi yığıncaqda iştirak etmiş hesab edilirlər.
Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, verilmiş səslərin sayılması növbəti ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.
Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 ünvanında keçiriləcək.
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Şirkət ölkədə ən böyük pivə istehsalçısıdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















