Azercell bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
“Azercell Telekom” MMC abunəçilərə təqdim etdiyi bəzi tarif paketilərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.
Yayımlanan açıqlamada bildirilir ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin 2.7.-ci maddəsinə əsasən yalnız abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər Azercell tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dəyişdirilə bilər. Digər hallarda isə kütləvi informasiya vasitələri (“KİV”) ilə abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər.
“Azercell Telekom” MMC bildirir ki, bütün dəyişikliklər abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilir. Fakturasız Xətt Sisteminə aid Azercellim, Bölgə, Gəncsim, Hər Yerə və Bizimkilər tarif paketlərində edilən müvafiq dəyişikliklərlə bağlı elan 25 yanvar 2025-ci il tarixində Azərbaycan qəzetində dərc edilmişdir: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1737753596/350893.
Beləliklə “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 25.02.2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Azercellim", "Bölgə", "Gəncsim", "Bizimkilər" və "Hər Yerə" tarif paketlərində, 2 AZN aylıq (otuz təqvim günü) abunə haqqı tətbiq edilir. Abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunur. Hər hansı abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə, digər şərtləri olan paket əldə edə və ya fakturalı\fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilər.
Qeyd edək ki, mobil rabitə istifadəsində dəyişən trendləri nəzərə alaraq “Azercell Telekom” MMC mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər.
“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərə görə tariflərin tətbiqi həm yerli, həm xarici, həmçinin MDB məkanında fəaliyyət göstərən operatorların analoji xidmətinə görə tətbiq etdikləri xidmət haqqı nəzərə alınmaqla özündə abunəçilərin məmnuniyyəti, rahatlığı, dəyişən tələbatını və s. amilləri əks etdirən bazar araşdırmaları əsasında formalaşdırılır.
Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəzləmə və imtina qaydası, həmçinin “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) və yaxud Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət edərək əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 d. əvvəl
- 3 d. əvvəl
-
33 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
47 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yağış yağacaq
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq




















