Qlobal bazarlarda son vəziyyət - GÜNI BAXIŞ
İnvestorların Vaşinqtondan ticarət rüsumlarına dair gələn yeni siqnalları qiymətləndirməsi və şirkətlərin rüblük hesabatlarının dərc olunması fonunda bugün səhər saatlarında dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb, qızıl isə artım tendensiyasını davam etdirib.
Bazar günü ABŞ prezidenti Donald Tramp Çin tərəfinin ticarət sazişi bağlamaqda maraqlı olduğuna əminliyini bir daha ifadə etdi, lakin bu həftə Çin lideri Si Tszinpinlə danışıqlar aparmağı planlaşdırmadığını bildirdi. Bununla yanaşı, Tramp ticarətin canlandırılması məqsədilə Çin Xalq Respublikasından idxala tətbiq edilən rüsumların azaldılmasına hazır olduğunu qeyd etdi.
Cari həftənin əsas hadisələrindən biri çərşənbə günü başa çatacaq iki günlük Federal Ehtiyatlar Sisteminin (FED) iclası olacaq. İnvestorlar üçün əsas maraq doğuran məsələ rüsum müharibəsi fonunda tənzimləyici qurumun pul-kredit siyasətinin yumşaldılması perspektivlərinə dair siqnallardır.
Cümə günü ABŞ əmək bazarına dair güclü göstəricilər dərc olunduqdan sonra prezident Tramp FED-i bir daha faiz dərəcəsini azaltmağa çağırdı. Bununla belə, ekspertlər tənzimləyici qurumun faiz dərəcəsini hazırkı 4.25–4.5% səviyyəsində saxlayacağına demək olar ki, əmindirlər.
Bazar ertəsi dərc olunan Təchizatların İdarə Edilməsi İnstitutunun (ISM) məlumatlarına əsasən, ABŞ-ın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) (ISM Services) mart ayı ilə müqayisədə aprel ayında 50.8 bənddən 51.6 bəndədək yüksəlib. Analitiklər göstəricinin 50.6 bəndə qədər enəcəyini proqnozlaşdırmışdılar. Əlavə olaraq, “S&P Global” təqdim etdiyi məlumata əsasən, xidmət sektorunda PMI apreldə 54.4 bənd səviyyəsindən 50.8 bənd səviyyəsinə qədər geriləyib.
“Dow Jones” indeksinə daxil olan şirkətlər arasında ən çox bahalaşan “International Business Machines” olub – onun səhmləri 1.5% bahalaşıb. “UnitedHealth Group” və “McDonald's Corp.” şirkətlərinin kapitalizasiyası 1.2%, “Walmart Inc.”-in 0.6%, “Boeing Co.”-nun isə 0.5% artıb.
Trampın xarici istehsal olunmuş kinoproduktsiyaya 100%-lik rüsum tətbiq etmək niyyəti ilə bağlı bəyanatından sonra ABŞ-ın kino və televiziya məhsulları istehsalçılarının bazar dəyəri azalıb. “Netflix Inc.” və “Amazon.com Inc.” 1.9%, “Walt Disney Co.” – 0.4%, “Warner Bros. Discovery” – 2% dəyər itirib.
“Apple Inc.” səhmləri 3.2%, Tesla – 2.4%, “Nvidia Corp.” – 0.6%, “Chevron Corp.” – 2.2%, “Exxon Mobil” – 2.8% ucuzlaşıb.
“Dow Jones Industrial Average” indeksi 98.6 bənd (0.24%) geriləyərək 41218.83 bənd təşkil edib. “S&P 500” indeksi 36.29 bənd (0.64%) zəifləyərək 5650.38 bəndə qədər enib. “Nasdaq Composite” isə 133.49 bənd (0.74%) azalaraq 17844.22 bənd təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 həftə sonra
- 1 həftə sonra
-
- 12 d. əvvəl
-
14 d. əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
-
15 d. əvvəl
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
-
31 d. əvvəl
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
-
1 saat əvvəl
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Ən çox oxunanlar
İrşad-da “Yaşıl Günlər” başladı!
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov axtarışa verilib
Rəsmi məzənnələr açıqlandı
Mağazalar şəbəkəsinin Gəncə, Şəki və Beyləqanda filialı açılacaq
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib

















.jpg)


.jpg)



