Yazlıq əkinlərin bəyanı üçün son tarix 31 maydır.
Azərbaycanda yazlıq əkinlər dövlət tərəfindən subsidiyalaşdırılır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır.
Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər.
Subsidiya almaq üçün müraciət prosesi tam elektronlaşdırılıb. Yazlıq əkinlərin bəyanı üçün son tarix 31 maydır.
Elektron müraciətin formalaşması üçün fermerlər EKTİS şəxsi kabinetlərində mülkiyyət və istifadə hüququna dair sənədlərə əsasən qeydiyyatdan keçirdikləri təsərrüfatları (torpaq sahələri) üzrə apardıqları yazlıq əkinlərlə bağlı məlumatları daxil etməlidirlər.
Zəruri qeyd: Qanunvericiliyə əsasən, 5 hektardan artıq sahədə aparılan əkinlər aqrokimyəvi analiz və 10 ha üzərində əkinlər, habelə yeni salınan meyvə bağları sığorta predmeti hesab olunur. Bu səbəbdən, yazlıq əkin aparan fermerlər torpaq nümunələrindən analiz verməli və əkinlərini 50 faiz dövlət dəstəyi ilə sığortalamalıdırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























