"Bank BTB" gəlirlərini artırıb, əməliyyat mənfəəti 1 milyon manatı aşıb
"Bank BTB" 2025-ci ilin 1-ci rübünü (yanvar-mart) 814 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 129 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank VTB (Azərbaycan)"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 685 min manat və ya 6,3 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrünün yekunu ilə müqayisədə "Bank BTB"nin faiz gəlirləri 270 min manat və ya 3,5% artaraq 7 milyon 906 min manat, qeyri-faiz gəlirləri isə 422 min manat və ya 39,6% artaraq 1 milyon 487 min manat təşkil edib.
2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Bank BTB"nin faiz xərcləri 184 min manat və ya 3,8% azalaraq 4 milyon 589 min manat, qeyri-faiz xərcləri 558 min manat və ya 18,5% artaraq 3 milyon 581 min manat təşkil edib.
"Bank BTB"nin cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 692 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 374 min manat artıb. Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlarda dəyişikliklər nəzərə alınmaqla Bankın əməliyyat mənfəəti 257 min manat artaraq 1 milyon 165 min manat təşkil edib (2024-cü ilin ilk rübündə 908 min manat olmuşdu).
2025-ci ilin ilk rübündə "Bank BTB" 1 milyon 165 min manat əməliyyat mənfəətindən 351 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma edib. Beləliklə, "Bank BTB" 2025-ci ilin 1-ci rübünü 814 min manat xalis mənfəət ilə bağlayıb.
BANK BÖYÜYÜB
2024-cü ilin sonu ilə müqayisədə ilk rübdə "Bank BTB"nin cəmi aktivləri 4 milyon 496 min manat və ya 1,2% artaraq 367 milyon 313 min manata çatıb Bankın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə sabit qalıb və 31 mart 2025-ci il tarixində 269 milyon 594 min manat olub.
2024-cü ilin sonu ilə müqayisədə ilk rübdə "Bank BTB"də müştərilərin müddətli depozitləri 3 milyon 12 min manat və ya 2,3% artaraq 135 milyon 600 min manata yüksəlib.
MƏCMU KAPİTALI DA ARTIB
31 Mart 2025-ci il tarixində "Bank BTB" 51 milyon 883 min manat məcmu kapitala malik olub. Bank 2024-cü ilin sonunda 51 milyon 87 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 13 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
-
24 d. əvvəl
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
- 25 d. əvvəl
-
43 d. əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Ən çox oxunanlar
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!















.jpg)



