"PAŞA Bank" 2025-ci ilin ilk rübünü xalis mənfət ilə başa vurub
"PAŞA Bank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 44 milyon 17 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 51 milyon 123 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 106 min manat və ya 16,1% azalıb. Ötən ilin ilk rübündə Bankın xalis mənfəətinin daha yüksək olmasının səbəbi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsait qayıtması idi.
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk rübündə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 213 milyon 771 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 152 milyon 401 min manat, əməliyyat mənfəəti 61 milyon 372 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 138 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 12 milyon 217 min manat mənfəət vergisi ödəyib.
2024-cü ilin 1-ci rübündə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri 196 milyon 102 min manat, cəmi əməliyyat xərcləri 131 milyon 825 min manat, əməliyyat mənfəəti 64 milyon 277 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 6 milyon 673 min manat mənfəətə əlavə olunmuşdu. Bank 70 milyon 950 min manat mənfəətindən 19 milyon 827 min manat vergi ödəmişdi.
"PAŞA Bank"ın cəmi əməliyyat gəlirlərinin 17 milyon 669 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 20 milyon 576 min manat artıb. Xərclərdəki artımın məbləği gəlirlərdəki artımın məbləğindən daha yüksək olduğu üçün "PAŞA Bank"ın əməliyyat mənfəəti 2 milyon 907 min manat azalıb.
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "PAŞA Bank"ın cəmi aktivləri 27 milyon 934 min manat artaraq 31 mart 2025-ciil tarixində 8 milyard 248 milyon 112 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 17 milyon 557 min manat azalaraq 3 milyard 285 milyon 720 min manata düşüb. O cümlədən, "PAŞA Bank"ın biznes kreditləri portfeli 23 milyon 899 min manat azalaraq 2 milyard 979 milyon 88 min manata, istehlak kreditləri portfeli 1 milyon 728 min manat azalaraq 88 milyon 716 min manata düşüb, ipoteka kreditləri portfeli isə 8 milyon 70 min manat artaraq 217 milyon 916 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 30 d. əvvəl
-
1 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Ən çox oxunanlar
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub








.jpg)




.jpg)



