Energetika naziri TAP layihəsinin inkişafını müzakirə edib
Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə etibarlı enerji təchizatında təbii qazın və infrastrukturların inkişafının əhəmiyyəti, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin genişləndirilməsi prosesinin cari vəziyyəti nəzərdən keçirilib. Cənub Qaz Dəhlizinin, o cümlədən TAP-ın enerji təhlükəsizliyinin təminatında strateji rolu yüksək qiymətləndirilib. Bildirilib ki, TAP qaza olan tələbatın İtaliyada 15%-ni, Yunanıstanda isə 18%-ni təmin edir. İndiyə qədər Avropaya ümumilikdə 45 milyard kubmetrdən çox qaz tədarük edilib.
Söhbət zamanı 2026-cı ildən etibarən kəmərin 1,2 milyard kubmetr genişləndirilməsindən sonra növbəti nəzərdə tutulan addımlar, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 29 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















