“Yapı Kredi Bank Azərbaycan”da yeni təyinatlar
“Yapı Kredi Bank Azərbaycan” QSC-də Müşahidə Şurasının müstəqil üzvləri və İdarə Heyətinə yeni üzvlər təyin olunub.
"Marja" xəbər verir ki, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Virma Sökmen və Özlem Mertoğlu Müşahidə Şurasına müstəqil üzv kimi seçilmişdir, beləliklə Müşahidə Şurasının üzvlərinin sayı 5-ə yüksəlmişdir.
Qeyd edək ki, cari durumda bankın Müşahidə Şurasının sədri Gökhan Erün, üzvləri isə Serkan Ülgen və Akif Cahit Erdoğandır.
Müşahidə Şurasının müstəqil üzvləri:
Özlem Mertoğlu Türkiyənin Yaxın Şərq Texniki Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb. Karyerasına “İnterbank” A.Ş-də başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb.. Özlem Mertoğlu “Disbank Nederland”-da Baş Direktor və “Demir Halk Bank Nederland”-da Baş Direktor müavini vəzifələrini də icra etmişdir. 2010 – 2022-ci illər ərzində “Affiance Management” şirkətində Təsisçi və Müdir, Yapı Kredi Bank Hollandiyada Müşahidə Şurasının müstəqil üzvü və Yapı Kredi Maltada Müşahidə Şurasının müstəqil üzvü vəzifələrini tutmuşdur. 2016 – 2018-ci illərdə “TMF Netherlands”-da Onboarding və KYC Xidmətlər üzrə Qlobal Biznes Direktoru kimi çalışmışdır. 07.03.2025-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
Virma Sökmen ABŞ-ın “La Salle” Universitetində Biznesin İdarəedilməsi ixtisası üzrə təhsil alıb. Karyerasına “Gulf Bank” və “Çarşı Menkul Değerler”də başlayıb, daha sonra korporativ bankçılıq, xarici ticarət, sığorta və faktorinq sahələrində çalışıb. 2019-cu ildən “Yapı Kredi Bankası” A.Ş-də Müşahidə Şurasının müstəqil üzvü, Kredit Komitəsinin üzvü və Korporativ İdarəetmə Komitəsinin sədri kimi fəaliyyət göstərir. 07.03.2025-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
Əlavə olaraq, bankın İdarə Heyətində yeni təyinatlar həyata keçirilib. Hazırkı vəziyyətdə Bankın İdarə Heyətinin üzvləri Sinan Ağırbaş və Şəhla Səmədovadır.
Ziya Serkan Günal – Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin üzvü
Orta Doğu Teknik Universitetində təhsil alıb. 1997-ci ildə Ziraat Bankında karyerasına başlayıb, Londonda və Türkiyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 09.10.2023-cü ildə “Yapı Kredi Bank Azərbaycan”da Baş Maliyyə İnzibatçısının müavini, 25.02.2025-ci ildə isə Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
Ramil Məmmədov – Baş Komplayens İnzibatçısı, İdarə Heyətinin üzvü
Bakı Dövlət Universitetində və ABŞ-ın Cənubi Meyn Universitetində təhsil alıb. Karyerasına 2003-cü ildə Azərbaycan Mərkəzi Bankında başlayıb, daha sonra müxtəlif şirkətlərdə işləyib, 2013-cü ildən “Yapı Kredi Bank Azərbaycan”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Komplayens İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
Sadiq Məmmədli – Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü
Kipr Yaxın Şərq Universitetində bakalavr və magistr, Kibernetika İnstitutunda fəlsəfə doktoru dərəcəsi alıb. 2002-2007-ci illərdə Koçbank Azərbaycanda, 2007-2024-cü illərdə isə “Yapı Kredi Bank Azərbaycan”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Risk İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
Teymuraz Əmirov – Hüquq departamentinin müdiri, İdarə Heyətinin üzvü
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1996-2000-ci illərdə Rusiyada DİN-in Baş İstintaq İdarəsində müstəntiq işləyib. 2009-cu ildən “Yapı Kredi Bank Azərbaycan”da Hüquq Departamentinin müdiridir. 25.02.2025-ci ildə İdarə Heyətinin üzvü təyin edilib.
Müşahidə Şurasının yenilənməsi və yeni təyinatların həyata keçirilməsi ilə biz Bankın dayanıqlı inkişafını təmin etməyi, bazardakı mövqeyimizi daha da möhkəmləndirməyi və müasir bankçılıq trendlərinə uyğun innovativ həllər təqdim etməyi hədəfləyirik. Yeni rəhbərlik heyəti ilə birlikdə daha güclü və dinamik bir yanaşma tətbiq edərək müştərilərimizə və tərəfdaşlarımıza daha keyfiyyətli xidmət göstərməyi hədəfləyirik.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti






















