Azərbaycan Avtomobill Dilerləri Assosiasiyasına yeni sədr seçildi
Assosiasiyanın İdarə Heyətinin sədri postuna son illər təşkilatın icraçı direktoru vəzifəsini həyata keçirən Eyyub Əliyev seçilib.14 mart tarixində Azərbaycan Avtomobill Dilerləri Assosiasiyasının (AADA) ümumi toplantısı baş tutub.
Marja.az bu barədə təşkilatın rəsmi internet saytında istinadən xəbər verir.
Məlumatda deyilir ki, assosiasiyanın təsisçisi və İdarə Heyətinin sədri Natiq Zərbəlinin öz nizamnamə hüququna əsaslanmış müraciətindən sonra İctimai Birliyin növbədən kənar toplantısı çağırıldı. Yığıncağı giriş sözü ilə açan N. Zərbəli ölkənin ilk biznes-assosiasiyalarından olan AADA-nın 25 illik yubileyi münasibəti ilə bütün üzvləri təbrik etdi, təşkilatın yaranma tarixi və görülmüş işləri, gerçəkləşdirilmiş çoxsaylı uğurlu layihələri barədə məlumat verdi.
Bu gün AADA sıralarında 50 avtomobil brendini ölkəmizdə təmsil edən şirkətləri birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil bazarının formalaşması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin təmin edilməsi və ekoloji mühitin sağlamlaşmasına dəstək verməkdir. AADA bu istiqamətdə aidiyyatlı dövlət qurumları ilə, Azərbaycan Avtomobil Federasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası (ASK) ilə daim sıx əməkdaşlıq edir, avtomobil sektorunun monitorinqlərini həyata keçirir, avtomobil biznesini tənzimləyən yeni normativ aktlarının işlənib hazırlaması üçün təkliflər irəli sürür.
Bununla yanaşı AADA mütamadi olaraq, dünya avtomobil sənayesinin ən müasir nümunələrinin nümayişi və ekoloji nəqliyyat vasitələrinin təşviqi məqsədilə sərgilər, festivallar, avto-yürüşlər, konfranslar, müsabiqələr və digər tədbirlər təşkil edir. Bunlardan “Caspian Motor Show”, “Caucasus Motor Show”, “Avto-Eko” sərgilərini və avto-festivallarını, “Qızıl Çarx” mükafatını, “Yaşıl ölkə” yürüşlərini, məktəblilər arasında “Gələcəyin avtomobili” dizayn müsabiqələrini və s. misal göstərmək olar. Azərbaycanda ən uzun marşrutlu avtomobil yürüşü AADA tərəfindən 2008-ci ildə “İlhamla İrəli” şüarı altında keçirilib.
“Hər uğurun arxasında güclü komanda və məqsədə sadiqlik dayanır. Bu yolu birlikdə keçməyə kömək edən hər kəsə dərin minnətdarlığımı bildirirəm,” sözləri ilə çıxışını yekunlaşdıran N.Zərbəli ümumi toplantı qarşısında 25 illik liderliyindən sonra sədrlikdən azad olunması barədə təklif irəli sürüb.
AADA üzvləri öz çıxışlarında yaranmasından bu günə qədər təşkilata uğurla rəhbərlik etmiş N.Zərbəlinin təşkilatın fəxri prezidenti seçilməsi təklifini irəli sürüblər. Təklif səsverməyə qoyuldu və qəbul edilib. AADA-nın ali orqanı olan ümumi toplantının qərarına əsasən assosiasiyanın İdarə Heyətinin sədri postuna son illər təşkilatın icraçı direktoru vəzifəsini həyata keçirən Eyyub Əliyev seçilib.
Daha sonra toplantı E.Əliyevin spikerliyi ilə davam etdi. AADA-nın 2025-ci il üçün strateji planları və yol xəritəsi müzakirə olunub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti




















