Mineral gübrələrin səyyar satış xidməti başlayıb
“Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli , mövsümə uyğun azotlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlayıb.
Səyyar satış xidmətləri mövsüm bitənədək hər gün, ölkənin bütün istiqamətlərində fərqli məntəqələr üzrə əsasən fermerlərin tələbatına uyğun kənd və qəsəbələrdə təşkil edilir. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış xidməti zamanı ammonium-nitrat, karbamid, ammonium-sulfat, kalium-sulfat həmçinin tələbat olduğu təqdirdə ammofos kimi mineral gübrələrin satışı həyata keçirilir.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.
Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Mürəciətlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir.
Səyyar satış zamanı fermerlər “Fermer kartı”nı və şəxsiyyət vəsiqəsini təqdim etməklə və ya nəğd ödəniş etməklə mineral gübrə əldə edə bilərlər. İstər “Fermer kartı”, istərsə də nağd ödəniş edildikdə gübrələrin qiyməti dəyişmir. Bu qayda həmçinin, anbardan və ya səyyar satış məntəqəsindən alış zamanı da keçərlidir. Alış üsulu və ünvanından asılı olmayaraq “Aqroservis” ASC tərəfindən satılan mineral gübrələrin qiymətləri dəyişilməz olaraq qalır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















.jpg)
