"Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır"
Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir.
Marja xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”, - deyə Prezident əlavə edib.
"Bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir"
"Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı", - Prezident İlham Əliyev çıxışında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir”, - deyə Prezident əlavə edib.
"Biz Cənubi Qafqazda sülh qurmalıyıq"
Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, həmçinin 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq.
Bbu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.
“Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
42 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb















.jpg)

.jpg)



